Ramiz Tağıyev: “Hər bir partiya ilə hakimiyyətin ayrı-ayrılıqda dialoqun mövzusunu müzakirə etməsi gülünc və reallıqdan uzaq olan təklifdir”

0
5

Müsavatın dialoqdan özünü təcrid etmək kursuna daha bir “qiymət” verildi

alt=”Ramiz Tağıyev: "Hər bir partiya ilə hakimiyyətin ayrı-ayrılıqda dialoqun mövzusunu müzakirə etməsi gülünc və reallıqdan uzaq olan təklifdir"” title=”Ramiz Tağıyev: "Hər bir partiya ilə hakimiyyətin ayrı-ayrılıqda dialoqun mövzusunu müzakirə etməsi gülünc və reallıqdan uzaq olan təklifdir"”

Ramiz Tağıyev: “Hər bir partiya ilə hakimiyyətin ayrı-ayrılıqda dialoqun mövzusunu müzakirə etməsi gülünc və reallıqdan uzaq olan təklifdir”

Bu günlərdə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrinin iştirakı ilə növbəti iqtidar-müxalifət görüşü keçirilib. Görüşə iqtidar tərəfdən Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə 16 partiya qatılıb.
Özünü radikal sayan bəzi qurumlar isə bu formatdan imtina edib. Təbiidir ki, imtina onların öz haqqıdır, lakin ən qəribəsi isə budur ki, bu partiyalar görüşdə iştirak edənləri aşağılayan bəyanatla çıxış edir. Hakimiyyətin isə qarşısında olduqca qəribə şərtlər qoyur.
Gəlin, Müsavat Partiyasının iştirakdan imtina ilə bağlı verdiyi bəyanata diqqət edək. Partiya fevralın 12-də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla siyasi partiyaların görüşünə qatılmamaqla bağlı yaydığı rəsmi açıqlamada bildirib: “Müsavat müzakirə ediləcək məsələlərin, müzakirələrdə iştirak edəcək tərəflərin formatının əvvəlcədən müəyyənləşdiriləcəyi və razılaşdırılacağı təqdirdə iqtidarla ümummilli məsələlərə dair müzakirələr aparmağa hazırdır”.
Müsavat Partiyası iqtidarın ölkədə fəaliyyət göstərən siyasi partiyalarla, o cümlədən müxalifət partiyaları ilə təmas qurmaq, cəmiyyətdə mövcud olan problemləri müzakirə etmək təşəbbüslərini müsbət dəyərləndirir. Müsavat Partiyası hesab edir ki, bu təşəbbüslərin real nəticələrinin olması üçün müzakirə olunacaq məsələlərin, iştirakçıların formatının tərəflərlə əvvəlcədən müzakirə edilərək razılaşdırılması vacibdir.
Bu təklifdəki qeyri-müəyyənlik odur ki, Müsavata görə, hakimiyyət görüşdə iştirak edən 19-20 partiyanın hər biri ilə gündəlik formalaşdırmaq üçün müzakirə aparmalıdır.
Bu yanaşma nə dərəcədə doğrudur?

Tanınmış siyasətçi Ramiz Tağıyev dialoq məsələsində Müsavatla AXCP-nin ortaya qoyduğu mövqeni kəskin tənqid etdi: “Bu təşkilatlar özünü radikal elan etməklə, heç kimi bəyənmir kimi davranır. Digər səbəb isə keçmişin xiffətilə bağlıdır. Etiraf etmək lazımdır ki, Müsavatla AXCP ölkənin böyük partiyalarından olub. İndiki situasiya tam fərqlidir. Həmin görüşə qatılan partiyalar hazırda AXCP və ya Müsavatdan heç nəyilə geridə qalmır. Əksinə, bəzi parametrlərinə görə üstələyirlər də. Dialoqun mövzu baxımından sərbəst elan olunması olduqca maraqlı və bəyəniləndir. Səmimi atmosferdə, konyunkturadan kənar söhbətin aparılması deməkdir. Etiraf etməliyik ki, bizim buna böyük ehtiyacımız var.
Ümummilli məsələlərdə birləşməyi bacarmalıyıq. Bir sıra gedişlərimizlə Azərbaycan xalqının lazım gələndə necə birləşə bildiyini dünyaya nümayiş etdirməliyik. Hər bir partiya ilə hakimiyyətin ayrı-ayrılıqda dialoqun mövzusunu müzakirə etməsi gülünc və reallıqdan uzaq olan təklifdir. Çünki həmin prosesi həyata keçirmək üçün azı 1 ay vaxt lazımdır”.

Məhəmmədəli QƏRİBLİ

LEAVE A REPLY