Ara həkimləri, ya işbazlar?

0
6

Qüdrət Əzizov

Ara həkimləri, ya işbazlar?

Zaman-zaman çox qəribə hadisələrlə rastlaşırıq.Ya şahidi oluruq, ya eşidirk, yada ki, qurbana çevrilən tərəf məhz biz özümüz oluruq. Söhbət ara həkimlərindən, türkəçarəylə məşğul olanlardan gedir. Həyatımızda bir dəfə də olsa bizlər müraicət etmişik: çöpçülər, çildağ və sair yollarla “şəfa” dağıdanlara.
Ta qədimdən bu yana hələ də bunlar davam etməkdədi, baxmayraq ki, tibb bunları təkzib edir. Ya həqiqətən də mümkün deyil, yaxud da həkimlər, tibb aləmi qəbul etmir. Məni əsas bu iki sahə -çöpçülər və çıldaqla məşğul olanlar maraqlandırdı. Məhz bu barədə axtarmağa başladım. Düzdü, burda bir məqam da var, əgər həqiqətən də bunlar mövcuddursa, niyə elm qəbul etmir? Buna inananlardan pul mənimsəməklə istifadə nə dərəcədə düzgündür?Amma, əfsuslar olsun ki, bu sahədə işbazlar mövcuddur. Avtobus dayanacaqlarında bəzən bu şəpkidə elanlar görürük ki, elan vurublar ki, “çöpçü və çildağla məşğul oluram. Əlaqə nömrəsi …” Əvvəl çöpçülər haqqında araşdırma apardım və bir çox maraqlı məqamlara rast gəldim.
Həkimlərin bir çoxu bunu qəbul etmir. Bir həkimin bu haqda dedikləri: “Boğaz ətrafında iltihablaşma olanda yediyimiz qidaların müəyyən hissələri orada qalır, simptomatik müalicədən sonra, qida öz-özünə təmizlənir. Qırtlağa balıq sümüyü, sancaq girsə belə həkimlər onu çıxara bilir. Çöpçülərin gördükləri iş elmə əsaslanmır və xəstələrimizi onların yanına göndərməyimiz düzgün deyil. Çöpçülər həkimlərin edə bilmədiklərini bacardıqlarını desələr də, əksinədir”.
Bəs, gəlin görək, çöpçülər bu haqda nə fikirdədir. Maraqlandığım isə bizə qonşu olan çöpçü qadındır. Onun fikirləri isə tam əksinədir: “Həkimlər belə uşaqlarını mənim yanıma gətiriblər. Özləri işlərinə görə bizi qəbul etmək istəmirlər, xəstələrə də məsləhət görmürlər. Amma öz uşaqlarında çöp qalanda mənim yanıma gətiriblər. Həkimlər özləri də deyir ki, onların adını verməmək şərti ilə xəstələrə çöpçü məsləhət görürlər”. Bizlərin indi hansına inamağımiz isə müşkül məsələdir,çünki elm bunu sübuta yetirməyib.
Digər məsələ çildağla məşqul olanlardır. Belə desək, “qorxu”nu aradan qaldıranlar.Uşaq vaxtı məni də aparmışdılar. Hələ də yadımdadı, qolumda yandırmadığı yer qalmamışdi. Hələ öncə görücülük edib- sən nə yaman qorxmusan, amma narahat olma bədənindən cıxardacağam-dedi. Bədəndə “qorxu nöqtələri”ni yandırmaqla qorxunu bədəndən çıxaracağını deyirdi. Və sonda vurğuladı ki, çildağ olunan yer həm də ocaqdı, nəzir vermədən getmək olmaz. İndi gerisini siz fikirləşin…
Bu hadisələr hələ də davam etməkdədir. Təəssüf ki, buna inananlar var və buna görə rayonlara belə üz tuturlar. Psixoloqun dediyinə görə, bəzi insanlar elə düşünür ki, çildağa, nəzərçi, kimi el təbibçiləri onları sağaltmağa qadirdir. Bu səbəblə də onlara müraciət edirlər. Əslində çildağa, nəzərçiyə və ya falçıya gedən insan inamla gedir. Düşünür ki, qarşısındakı insan onun problemlərini aradan qaldırmağa qadirdi. Özünü yandırtdırır, acıya dözür və düşünür ki, qorxuluğu, nəzəri bu yanma ilə canından çıxacaq. Əslində isə bədən yanır, ağrı ilə insanın düşüncələri oyanır, inamı artır ki, onun problemi keçdi.
İnsan istədikdən sonra qorxunu aradan qaldırmaq üçün müxtəlif yollar tapır. Bunlarıın işə yararlılığı hər nə qədərdir bilinmir, amma real budur ki, bu gün insanlar bu türkəçarələrdən əl çəkmir.

SHARE
Previous articleQəza!
Next article5 4 0 6 can . . .

LEAVE A REPLY