Türklər kimdir və kimlərdən ibarətdir ?

0
20

Zamin Qafar Adnalı

Türklər kimdir və kimlərdən ibarətdir ?

iskitlər- IV hissə

Eyni adlı yazılarımın II və III hissəsində iskitlərin etnik antropologiyası və xarici görünüşü haqqında məlumat vermişdim. Lakin qeyd olunan faktlar bəzi tarixçilərin fikrincə mənbələrlə üst-üstə düşmür. Məsələn: “köçəri skiflər və çar skifləri”, bu iki ifadənin bir-birindən əlaqəsiz şəkildə başa düşən müəyyən qrup tarixçilər “köçəri” ifadəsini yalnış şərh edirlər. İlk öncə qeyd etmək lazımdır ki, əgər çar mövcuddursa deməli bu çarın da idarə etdiyi dövlət, çarlıq, imperiya və ya buna bənzər bir qrum var. Skifiya isə böyük bir ərazini Orta Asiayadan, Azərbaycan və Anadoluda daxil olmaqla avropanın astanasına qədər olan ərazini əhatə edirdi. Sual olunur: Bu qədər geniş ərazidən yaşayan bir toplum köçəri ola bilərmi ? bəli ola bilər. Bu sadəcə köçəri maldarlıqla bağlıdır və bunun ümum tayfa köçü ilə əlaqəsi yoxdur. Yaylağa və qışlağa köç edən bir toplumdan danışırıq, yeri yurdu olmadığı üçün dünyanı gəzən qaraçılardan yox.
2008-ci il aprel ayının 24-də Beynəxalq Osteoarxeologiya jurnalında çap olunan məqalələrdən biri belə adlanır: “Life on horseback” (At belində həyat ). Məqalənin müəllifləri Florida Universitetinin Antropologiya şöbəsinin tədqiqatçısı R.K.Ventz və həmin univeristetin Klassika şöbəsinin professoru N.T de Qrummonddur. Məqalədə qeyd olunur ki iskitlər ömürlərinin əsas hissəsini at üstündə keçirirlər və çox zaman atları ilə birlikdə döyüşdə vəfat edirlər. R.K Ventz bildirir ki, iskitlərdə assimmetrik əzələ inkişafı çox nəzərə çarpır. Sağ qol, sağ əl, sağ tərəfdən kürək və omba əzələləri çox güclü inkişaf etmişdir. Bu tip əzələ inkişafına atla birlikdə yeriməyə başlayan monqollarda belə rast gəlinmir. Monqollarda omba sümüyü sırf at üstündə çox oturduqlarına görə yastılaşır. Iskitlərdə bu tip sümük deformasiyası yox idi. Deməli köçəri monqollardan fərqli olaraq iskitlərə at əsasən döyüş zamanı istifadə olunurdu. Atdan köç üçün deyil daha çox döyüşdə istifadə edirlər. Əgər osteometrik analiz iskitlərin köçəri olmadığını sübut edirsə, nəyə görə hansısa qədim dövr tarixçisinin subyektiv fikri önəmli sayılmalı və ona uyğun şərhlər verilməldir?! Faktiki olaraq görünür ki, “köçəri iskitlər” monqollar kimi köç etməmiş və çar skifləri ilə eyni nəsildən olmuş, sadəcə təsərrüfatla məşğul olmuşlar, xüsusilə maldarlıqla.
Orta Asiyadan çıxan iskitlər Anadoluya qədər kimmerlərin arxasınca yeni ərazilər və otlaq sahələri ələ keçirmək üçün gəlmişdilər. İskitlərin ata yurda qayıdışını və özlərinə çarlıq yaratmaları 3 miqrasiya dövrünə bölünür:

I dövr miqrasiyası Kozintsevin dediyi kimi , transqafqaz vasitəsilə həyata keçirilmiş, iskitlərin ulu babaları Andronova və onun ətrafına gəlmişdir.
II dövr iskitlərin Ön Asiyada çıxışı və Qafqaza- Azərbaycan və Anadoluya geri qayıtmasıdır
III dövr Qafqaza doğru yürüşlərini davam etdirən iskitlərin növbəti qrupunun məskunlaşa-məskunlaşa Avropaya doğru yönəlməsidir.

Çar skiflərin andronovo insanın soyundan gəldiyini və dolixokefallıqları ilə seçildiyini artıq qeyd etmişəm. Əgər torpaq ələ keçirən, dövlət idarə edən, yürüşə başçılıq edən çar skifləri idisə onların gəlişi necə ola bilər ki, Qafqazın şimalında və Türkmənistan ərazisində dayansın və onlardan fərqli antropoloji cizgilərə malik, tabeliklərində olan xalq Avropaya qədər getsin ?! Orada məskunlaşıb Skifiyanın bir hissəsini təşkil etsin ?! Sözsüz ki, tabelikdə olan etnos əsas qisim iskitlərdən uzaqlaşan kimi öz müstəqilliklərini bərpa edəcəkdilər. Deməli saqa boyunun nümayəndələri orta Asiyadan Avropaya qədər özləri miqrasiya etmişlər. Bu miqrasiyanın sonucu olaraq həmin torpaqları ələ keçirmiş , polietnik Skifiyanı yaratmışdılar. Və bu polietnik toplumun əsas qismini elə çar skifləri təşkil edirdi. Əgər çex və macar antropoloqları iskit dönəmində Avropada çar skiflərinə məxsus antropoloji göstəricilərin sadə əhali arasında da mövcud olduğunu deyirlərsə, deməli köçəri iskitlərdə, çar iskitləri də eyni nəsildən idi. Sadəcə çar skifləri elit təbəqəni təmsil edirdi. Köçəri damğası vurulan ikinci qisim iskitlər isə böyük ehtimalla yürüşün bitməsinə yaxın miqrasiya edən sonrakı nəsildir.
Əgər çar skiflərindən öncə slavyanların xarici görünüşü haqqında dəqiq arxeoloji tapıntı yoxdursa , nəyə görə rus-sovet antropoloqları iskitlərə slavyansayağı rekanstruksiya verirdlər ? Çünki iskitlərə sahib çıxmaqla slavyanlarada sahib çıxacaqlar. Rus antropoloqları gözəl bilirdilər ki, müasir slavyanlar, iskitlərlə qədim slavyanların miksasiyasından törəyib. Sözsüz ki qəbr abidələrində türk iskitlərlə yanaşı qeyri türk iskitlərə də rast gəlinmişdir. Amma ruslar buna baxmayaraq iskitləri əldən vermək niyyətində deyil.
Proto ari nəzəiyyəsi və iskitlərin hind -avropa dilli olma versiyasında əsas yalnışlıq J. Aruz, A. Farkas, E. Korolkova və başqalarının ideaları və nəzəriyyələri əsasında hazırlanmış sxemdəki proto-ari və ya proto hind-avropa tayfalarının qohumluq əlaqəsində və onlara məxsus antropoloji və arxeoloji tapıntıların aşkar olunduğu arxeoloji abidələrdə özünü göstərir.

Qırmızı dairəyə alınmış iskitlər onlara heç bir aiddiyatı olmayan başqa bir mədəniyyətin və toplumun davamçıları kimi göstərilir. Ortada Pazırık yox, Andronovo isə gördüyünüz kimi əlaqəsiz şəkildə kənarda qalmışdır. Lakin iskitlərlə bağlı əsas tapıntılar məhz Andronovo və Pazırıkda tapılmışdır. Sual yaranır: nəyə görə skiflər andronova ilə əlaqəsiz göstərilmişdir ? Əlbətdəki, Andronava insanın soyunun kuti, lullubi, turukki və s bu kimi prototürk tayfalarına bağlı olduğunu rus antropoloqları gözəl bilirdilər. Onları Andronova ilə əlaqələndirmək, Azərbaycanın ən qədim türk yurdu olması demək idi, eyni zamanda bunun təsdiq etmək demək idi.
Arilərin müasir davamçıları dünyanın müxtəlif yerlərində məskunlaşaslar belə onları başqalarından fərqləndirən bir nüans var. Bu nüansı Harvard Universitetinin antropologiya üzrə professoru Stivins Kun xüsusilə təsdiq edir: arilərdə artıq yüz illərdir davam edən və öz genlərində qoruyub saxladıqları əsas fərqli xüsusiyyət göz rəngidir. Onların gözləri bəzən atropoloqlar üçün problem yaradır. Çünki 3 bəzəndə hətta 4 rəng kombinasiyanını özündə birləşdirərək qeyri-adi şəffaflığa malik gözləri olan arilər və onların davamçıları bu gündə bu xüsusiyyəti yeni nəsilə ötürməkdə davam edir. Bu gözlərin rəngi adətən boz-mavi-yaşıl vəya boz-mavi-yaşıl-qəhvəyi olur. ( müəllifin “Race of Europa” kitabından olduğu kimi tərcümə edilmişdir )

Əvvəlki yazılarımda qeyd etmişdim ki çar skifləri kutilərdən əsasən fərqlənmir bəzəndə cüzi fərqlənirdilər. Rus antropoloqları da, həmçinin Gerasimovun rekanstruksiyaları da iskitlərin əsasən tünd-qəhvəyi və qəhvəyi gözlərə malik olduğunu sübut edir. Mavi gözlülük isə yalnız slavyanlarda mövcud idi. Əgər yüz illər keçməsinə rəğmən arilər hələdə öz göz rəngini nəsildən nəsilə keçirə bilirsə, avropaya gedən iskitlər də orada qaraşın, qəhvəyi gözlü toplum yaratmışdısa deməli İskitlərin ari kökənli olma ehtimalı sıfıra bərabərdir Onların hind-avropa ailəsinə qarışacağı yoxdur. Sadəcə dünya elminin müəyyən maraqlar üzündən iskitlərə sahiblənmə duyğusudur ki, iskitləri proto-ari adlandırırlar. Maraq üçün qeyd edim ki, hindistanlı Vaseduvan adlı bir tədqiqarçı arilərin hətta Antartikadan hansısa yollarla Hindistana gəldiyini, oradan da Orta Asiyaya və Avropaya getdiklərini yazır. Arilərlə bağlı nəzəriyyələrin qarşısını almağın ən gözəl yolu prototürklərin Azərbaycandan çıxdığını sübut etməkdir.Bundan sonra prototürklərin miqrasiyası öyrənilməli və onların Orta Asiyaya köç etdiyini sübut etmək lazımdır. Beləliklə iskitlər ari damğasından xilas oluna biləcəklər.

İskitlərin dili ilə bağlı məsələnin geniş şərhini linqivist olmadığım üçün vermək istəmirəm. Lakin qeyd olunması gərəkən bəzi fikirlər var: öncəliklə bir tayfa, toplum hər hansı bir dildə danışa bilər və bu dil müəyyən vaxt dəyişə də bilər… İskitlərin ari olmadığının sübutu yuxarıda göz rəngi ilə bağlı verdiyim mənbədir. Bundan sonrası isə Azərbaycan linqivistlərindən asılıdır. Dünya elmində ya qəsdən yada bilmədən ( böyük ehtimal qəsdən ) dili regiona görə müəyyənləşdirirlər. Məsələn: prototürklərin qafqazdilli yoxsa irandilli olması məsələsi hələdə gündəmdədir. Sanki qəsdən 3-cü bir seçim əlimizdən alınıb və buna görədə prototürkləri öyrənə bilmədiyimiz üçün iskitlərin də müdafiəsinə qalxa bilmirik. Qafqazdilli desək biz köklərimizi itiririk, irandilli desəkdə iskitlər həqiqətən proto-ari olacaqlar. Problemi kökündən həll etmək lazımdır.

LEAVE A REPLY