Düşmənə kəsilən on milyonluq cəza.

0
1

Düşmənə kəsilən on milyonluq cəza.

Son üç ay ərzində ordumuz tərəfindən erməni silahlı qüvvələrinə təxminən on milyon dollarlıq cəza kəsildi. Belə ki, əvvəlcə noyabrın on ikisində qəhrəman əsgərimiz, xidmətdə fərqlənməyə görə medalının üçüncü dərəcəsi ilə təltif olunmuş İlkin Muradov düşmənin cəbhənin Ağdam xətti istiqamətində təxribat uçuşları keçirərək əsgərlərimiz üzərində qorxu və həyacan hissi yaratmağa çalışan Mİ-24 markalı Rusuiya istehsalı olan hərbi hücum vertalyotunu çiyindən atılan raketlə vuraraq içindəki heyətlə bərabər məhv etmişdi.
Burda bilməyənlər üçün kiçik bir faktı qeyd edim ki, pilotun dəyəri nəinki onun idarə etdiyi hərbi helikopterdən, hətta döyüş təyyarəsindən belə daha bahalıdır. Ona görə yox ki, pilot insandır və insanın dəyəri maddiyatla ölçülə bilməz. Biz erməniləri insandan saymadığımıza görə onlar üçün bu faktor keçərsizdir. Ona görə pilot idarə etdiyi hər hansı döyüş vasitəsindən daha dəyərlidir ki, bir pilotun seçilməsi və onun tam olaraq yetişdirilməsinə onun idarə etdiyi hərbi vasitənin dəyərindən daha çox pul xərclənməkdədir. Amma biz İlkin Muradovun ermənilərə vurduğu ziyanı hesablayarkən onun vurduğu helikopterin iki nəfərdən ibarət pilotunu bu ziyana daxil etmirik. Keçən ilin noyabrında İlkinin yazdığı qəhrəmanlıq dastanı erməni adlı məxluqatın ağlını başına gətirməmiş olacaq ki, taleyimizin bizə qonşu etdiyi bu murdar məxluqlar, xüsusən, cəbhənin Ağdam bölgəsində provakativ hərəkətlərini davam etdirməyə cəhd göstərirdilər. Amma bu dəfə də hərbi hava qüvvələrimizin adı açıqlanmayan qəhrəman pilotu onların ağzının payını verdi. Görək heç olmasa indi ağıllanacaqlar, yoxsa ordan-burdan dilənib dolandıqları pullarla aldıqları döyüş texnikalarını məhv etməkləri üçün qəhrəman əsgərlərimizin üstünə göndərəcəklər? Bu üzdəniraq məxluqatın ağıllanıb ağıllanmayacağını gələcək göstərəcəkdir, amma hər halda qiyməti iki-üç milyon dollar olan daha bir pilotsuz təyyarələrinin vurulması onların cəsarətinin qırılmasına yetəcəkdir. Bundan belə cəbhə xəttində provakativ addımlar atmağa çalışarkən qətiyyən əvvəlki vaxtlarda olduğu kimi cəsur ola bilməyəcəklər. Çünki artıq dönəm o dönəm deyil və silahlı qüvvələrimiz sahib olduğu ən modern silah-sursat bazası və Vətən uğrunda canından keçməyə hazır olan cəsur əsgərləri sayəsində nəinki ermənilər qədər cılız və qorxaq düşmənciklərin, hətta onların havadarlarının belə öhdəsindən gəlmək qüdrətindədir.
Keçən yazılarımızın birində cəbhə xətdində psixoloji üstünlüyün artıq mütləq sürətdə silahlı qüvvələrimizin xeyrinə dəyişdiyini qeyd etmiş, bu barədə yazmışdıq. Son hadisə nə qədər haqlı olduğumuzu sübut etməklə qalmır, eyni zamanda bizə artıq işğal olunmuş torpaqlarımızın erməni ayaqlarının altında od tutub yandığını, bu ərazilərdə dislokasiya olunmuş erməni hərbi birləşmələrində xidmət edən düşmən əsgərlərinin qaçıb canlarını qurtarmağa çalışdıqlarını iftixar hissi ilə söyləməyə imkan verir. Bizim ordumuzda rusdan qalma “dedavşina” tamamən aradan qaldırılaraq əsgərlər arasında qardaşca yardımlaşmanın artdığı, sadəcə onların minimal ehtiyaclarının deyil, həmçinin bütün təlim-tədris, habelə döyüş vasitələri ilə ən yüksək səviyyədə təmin olunduqları bir vaxtda erməni ordusunda bütün bunların tam əksinin olması əlbəttə ki, bütün vətənpərvər insanlarımız üçün sevindirici xəbərlərdəndir. Ayrıca Rusiyadakı ağır iqtisadi böhran nəticəsində onların da kiçik qardaşlarını demək olar ki, talenin ümidinə tərk etmələri məsələnin bizim üçün digər yaxşı tərəfidir. Bir neçə gün öncə müdafiə nazirliyinin mətbuat xitməti tərəfindən Qarabağda dislokasiya olunmuş işğalçı orduya məxsus hərbi hissələrdə istiliyin olmaması və digər səbəblərdən baş alıb gedən xəstəliklər, başıpozuqluq və intizamsızlıq hallarının artması barədə yayınlanan kəşfiyyat məlumatları da dediklərimizi sübut etməkdədir.
Artıq canlarına əməlli-başlı vəlvələ düşən işğalçıların prezidenti bu yaxınlarda verdiyi bir bəyanatda cəbhə xəttindən snayperlərin geri çağrılması barədə fikirlərini bildirirdi. Əlbəttə ki, erməni xislətinə biz yaxşı bələdik və onların bu bəyanatı verərkən əsil məqsədlərinin cəbhə xəttindəki peşəkarlığı ən yüksək səviyyəyə çatan Azərbaycan snayperlərinin geri çağrılmasına nail olmaq olduğunu bilirik. Ermənilər heç vaxt öz snayperlərini geri çağırmaq istəməzlər. Amma bayaq qeyd etdiyimiz kimi xüsusən yeni müdafiə nazirinin təyin olunmasından sonra cəbhə xəttində təcrübəsiz əsgərlər olmadığından erməni snayperləri də işsiz-gücsüz qalıblar. Bu əlbəttə, yaxşı haldır. Bəs ermənilər üçün belədirmi? Əsla belə olmadığına əmin olduğumuzu hər kəs bilməlidir. Sarkisyanın məqsədi əsla hədəf olmayan, amma yiyəsi olmadığı üçün işğal olunmuş torpaqlarımıza göndərilən erməni əsgərlərini asanca hədəfə çevirə bilən Azərbaycan snayperlərini cəbhə xəttindən çəkilməsinə nail olmaqla itkilərini azalda bilməkdir. Bayaq qeyd etdiyimiz kimi cəbhə xəttinin Azərbaycan tərəfində artıq təcrübəsiz əsgər olmadığından deməli ermənilər üçün hədəf ola biləcək əsgər də yoxdur.
Bu gün müharibə başlasa necə olar? Əlbəttə, hazırkı psixoloji üstünlük və faktiki döyüş hazırlığı, habelə silahlanma səviyyəsi ilə erməniləri sonsuzadək nəinki Qarabağdan, hətta bütün qədim Azərbaycan torpaqlarından vurub atmaq üçün qəhrəman ordumuza ən çox bir-iki ay vaxt lazım olacaqdır. Hətta bu dəqiqə Ermənistanda yerləşən rus hərbi bazaları da tam qüvvələri ilə insan adının yaraşmadığı bu məxluqata kömək etsə belə, bu bizim qələbəmizi ən çoxu bir neçə ay gecikdirər. Amma Ermənistan tərəfindən Rusiyada, Gürcüstanda və ya Ukraynanın Donbas və Krım bölgələrində olduğu kimi sadəcə dislokasiya olunmuş hərbi bazaları ilə deyil, bütün gücü ilə savaşa qatılarsa işimiz çətinləşər. Hələ illər öncə bir rus yüksək səviyyəli diplomatının “forpostumuz” deməsi şimal qonşularımızın bu üzdəniraq qonşularımızı nə qədər önəmsədiklərini göstərməkdədir. Düşünürəm ki, elə ali baş komandanımızın da hazırki şəraitdən istifadə edərək ordumuza döyüş əmri verməməsindəki ən böyük faktorlardan biri də Rusiyanı neytralaşdırma cəhdlərinin nəticəsinin alınana qədər gözləmə və bu cəhdlər zamanı da bir tərəfdən mümkün olarsa məsələni sülh yolu ilə həll etmək istəyir. Amma əlbəttə atalar sözləri ilə maraqlanan hər kəs bilir ki, “Allah, Allah deməklə, donuz darıdan çıxmaz” donuzu darıdan, yəni erməniləri Qarabağımızdan, hətta bütün işğal olunmuş torpaqlarımızdan çıxarmaq üçün “çomağı” əlimizə alaraq döyüb qovmaqdan başqa çarəmiz yoxdur. Bunun üçünsə sadəcə hərbi, iqtisadi və psixoloji şərtlərin indi də olduğu kimi bizim tərəfimizdə olması kifayət deyildir. Digər önəmli şərtlərdən biri, siyasi şərait yetişməli, supergüclər, başqa sözlə desək, məhəllənin böyük qardaşları güc tətbiq etməyimizə səs çıxarmayacaqlarına dair bir işarə verməlidirlər. Güman edirik ki, ölkəmizin bu sürətli inkişafı və getdikcə yüksələn prestiji sayəsində siyasi şəraiti də yaratmağa nail olacaq, o zaman erməniləri sonsuzadək torpaqlarımızdan qovub çıxaracağıq…

Nizami

LEAVE A REPLY