Məcburi köçkünlərə “çörək pulu kartı” pulla verilir?!

0
11

Məcburi köçkünlərə “çörək pulu kartı” pulla verilir?!

Ağdam rayonunun ermənilər tərəfindən işğal olunan bir qrup məcburi köçkün müraciət edib. Müraciətdə bildirilir ki, Ağdam şəhər icra nümayəndəsi Zabil Mehdiyev “çörək pulu kartı”nı onlara pulla verir. Qeyd edək ki, çörək pulu kartı 3 ildən bir məcburi köçkünlərə verilir və məcburi köçkünlər həmin kart vasitəsi ilə hər ay dövlətdən adambaşına 18 manat 15 qəpik müavinət alırlar.
Şikayətçi Ağdam məcburi köçkünləri isə bildirirlər ki, hazırda onların kartları yenilənir və Ağdam şəhər icra nümayəndəsi Zabil Mehdiyev müavini ilə birlikdə Bakı şəhərində bir həftəyə yaxındır ki, yeni kartları məcburi köçkünlərə təqdim edir. Amma iddia olunduğuna görə Zabil Mehdiyev həmin kartları heç də təmənnasız qaçqınlara təqdim eləmir. Belə ki, şikayətdə bildirilir ki, Zabil Mehdiyev 5 gündür müavini ilə birlikdə Bakı şəhəri Nəsimi rayonunda M.Əcəmi metrosunun yaxınlığında fəaliyyət göstərən “Sarvan” kafesində “çörək pulu kartı”nı paylayır. PİA.AZ-a müracəiət edən şikayətçilər bildirirlər ki, İcra nümayəndəsi hər bir kart üçün vətəndaşlardan 5-10 manat arası pul alır.
Həmçinin o da qeyd olunur ki, Zabil Mehdiyev bazar günü Sumqayıt şəhərində məskunlaşmış Ağdam şəhər məcburi köçkünlərinə də “çörək pulu kartı”nı 5 manata satdırıb.
Xatırladaq ki, Ağdam şəhərindən olan məcburi köçkünlərin təxmini sayı 30 min nəfərdən çoxdur və 10 mindən artıq ailə hazırda dövlətdən müavinatlar alır. Yəni Zabil Mehdiyev hal-hazırda 10 mindən artıq məcburi köçkün ailəyə çörək pulu kartı verir. Və belə görünür ki, Ağdam icra nümayəndəsi dövlətin məcburi köçkünlərə bu yardımından heç də az qazanmır. Çünki adi hesablamaya görə “çörək pulu kartı”nın paylanmasından icra nümayəndəsinin qazancı minimum 50 min manatdan artıqdır. Etiraf etməliyik ki, bu kiçik qazanc deyil.
Bundan başqa bildirilir ki, işğal olunmuş Ağdam rayon kənd icra nümayəndələri də Bakı şəhər Yasamal rayon Elmlər Akademiyasının yaxınlığında yerləşən qərərgahda “çörək pulu kartı”nı pulla satmaqla məşğuldurlar. Belə çıxır ki, “çörək pulu kartı”nın satışı kütləvi xarakter daşıyır və əgər bu belədirsə, o zaman ehtimal etmək olar ki, baş verənlərdən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov da xəbəri olmamış deyil.
Məsələ ilə bağlı PİA.AZ-ın əməkdaşı Ağdam şəhər icra nümayəndəsi Zabil Mehdiyevlə əlaqə saxlayıb. İcra nümayəndəsi bildirib ki, deyilənlər əsassızdır, böhtandır. Buna baxmayaraq icra nümayəndəsi əməkdaşımızla söhbətində “Sarvan” kafesində oturduğunu etiraf edib:
“Bütün deyilənlər əsassızdır, böhtandır və biz “çörək pulu kartı”nı heç kəsə pulla satmırıq. “Sarvan” kafesində oturmağımız isə doğrudur, oturub çay içirik, dərdləşirik və kimsə bizim çayımızın pulunu “hörmət” xətrinə verirsə, burda qeyri adi heçnə yoxdur”.
Qeyd edək ki, 3 il əvvəl də dövrü mətbuatda Ağdam İcra Hakimiyyətinin “çörək pulu kartı”nı məcburi köçkünlərə pulla satması barədə məlumatlar yayılmışdı.
Onu da xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun çıxışı zamanı deyib ki, icra başçılarından rüşvətxorluqla məşğul olmamağı tələb edib:
“Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir”.

SHARE
Previous articleMasazırın “işıq”ları.
Next articleÜç şəhid!

LEAVE A REPLY