Gülən camaatı CHP və MHP ilə əməkdaşlığı gücləndirəcək – AÇIQLAMA

0
5

Gülən camaatı CHP və MHP ilə əməkdaşlığı gücləndirəcək – AÇIQLAMA

Bu ilin iyun ayı Türkiyə ictimai-siyasi həyatı üçün mühüm tarixlərdən biri olacaq. 2015-ci ilin 7 iyununda Türkiyə Böyük Millət Məclisinə (TBMM- parlament) seçkilər keçiriləcək.

Keçiriləcək seçkilərlə bağlı proqnoz verən Türkiyənin keçmiş mədəniyyət və turizm naziri, TBMM-in müstəqil millət vəkili Ərtoğrul Günay bildirib ki, siyasi tablonun əhəmiyyətli dərəcədə dəyişilməsi gözlənilmir.
Ərtoğrul Günay Modern.az-a açıqlamasında deyib ki, hazırda görünən odur ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) cüzi miqdarda səs itirəcək. Deputatın sözlərinə görə Türkiyənin aparıcı müxalifət təsisatları olan Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) nisbətən yüksək səs toplaya bilər.

Keçmiş nazir kürdlərin Xalqların Demokratik Partiyasının (HDP) da seçkilərdə iştirakına toxunub:

“Əgər HDP parlamentdə təmsil olunmaq üçün lazım olan səviyyəni keçə bilməsə, Türkiyə böyük siyasi böhrana sürüklənə bilər. Onlar məğlub olsalar, yerlərini AKP-nin millət vəkilliyinə namizədləri tutacaq. HDP-nin tələb olunan səs baryerini keçməsi Türkiyənin siyasi qalmaqala qədəm qoymaması baxımından əhəmiyyətlidir”.

TBMM üzvü CHP və MHP-nin AKP üzərində qələbə qazanacağı təqdirdə, Türkiyədə koalisiya hökumətinin qurulacağını istisna etmir. Ərtoğrul Günayın fikrincə, koalisiya hökumətinin qurulması əslində Türkiyənin gündəmindədir.

Millət vəkili Gülən camaatının parlament seçkilərində iştirakı barədə də danışıb.

O bildirib ki, Gülən camaatı müxtəlif siyasi partiyalarla müxtəlif sahələrdə əməkdaşlıq etdiyindən onların parlament seçkilərində iştirakı qaçılmazdır. “Düşünürəm ki, Gülən camaatı müxalifət partiyalarının əksəriyyəti ilə əməkdaşlığını genişləndirmək istəyəcək”.

LEAVE A REPLY