Qələm və pozan

0
7

Qüdrət Əzizov

Qələm və pozan

Bəşəriyyət nə qədər sürətlə inkişaf etsə də, insanların qarşısına qoyulan “sədlər’’ bitib-tükənmək bilmir. Təkamül, təbiət və təsadüf kimi sədlərdən sonra indi də “Həyat bir mübarizədir” uydurması beyinlərimizi yuyur. Halbuki həyat bir mübarizə yox, bir-birinə yardım etmək, əl uzatmaqdır. Hətta dar düşüncələrimizlə ziddiyyət təşkil edən hadisələr də nəticə etibarı ilə gözəldir. Burada əsas məsələ kimlərin bu uydurmanı ortaya atdığıdır. Bunların hansı sənətlə məşğul oldugu, hansı fikirlə yaşadıqlarıdır.
Böyüyürsən, ancaq hər sey istədiyin kimi olmur. Heç ağlından keçməyən bir sənətin yiyəsi olursan və gündəlik qayğılarını, ailənin problemlərini, o sənətdən qazandıqlarınla ödəyirsən.O qədər belə qəribə, ağlagəlməz işlər var ki, ətrafımızda. Ancaq əsas məsələ insanın hansı işlə məşğul olması deyil, çünki sənət insanı ucaltmır, insan sənəti ucaldır. Mənim və bir çoxlarının məhz sənəti budur, yazmaq. Bəli, yazmaq. Bununla məqsədimiz az da olsa kimlərdəsə nələrisə oyatmaq, kimlərəsə nəsə maarifləndirici yöndə köməklik etməkdir.
Bizim bugünki fikirlərimiz, yazılarımız hansı istiqamətdədi deyə bir fikirləşdim. Ən maraqlısı kənardan seyr etməkdi, çünki bu zaman obyektiv fikir yürütmək və düzgün qərar əldə etmək mümkündür. Həqiqətən sözündə düzgün, yazısında qələm gücüylə yox düzgünlüyü ilə çoxlarının qələmini “qıran” yazarlarımız olub, hal hazırda da var, bundan sonra da olacaq. Mənə maraqlı olan hazırki proseslərlə bağlı olan yazılardır. Bu maariflənmə yönündə olandır. Hər şey bundan başlamalıdır mənim fikrimcə. Kimlərisə tənqid, təhqir etməklə,onlara şər- böhtan atmaqla yox, məhz cəmiyyətimizə yararlı işlər görmək, az da olsa maariflənmə yönündə işlər görməkdi. Nələrisə bacarmasaq belə qələmdən istifadə etməkdi. Axı yazarların gücü-qüvvəti qələmləridir.
Yazılarda sərt cıxışlar etməklə, pafoslu danışıqlarla, yalnız söz xatirnə fikirlər yürütmək olmaz. Cünki indi hər bir şey sosial şəbəkələrdə paylaşılır və kimin kim olduğu bir müddət sonra aydınlaşır.Və nəticə yəqın ki, hər kəsə bəlli oldu. Bundan sonra həmin yazarın yazdığını kim oxuyar axı? Məncə heç kim. Bütün bunları yaşamamaq ücün və digərlərinə də belə etməklə gözdən salmağa calışanların qələmini əllərindən almaq düzgün addım olardı.Yalnız bunların yox, onlara bu fikri verənlərin də qələmini almaq lazımdır.
İnsan da qələm və pozan kimidir. Əgər gördüyümüz islərdən sonra bir iz qalırsa, deməli qələmə bənzəyirik. Yox əgər kiminsə qoyduğu bir izi pozmağa calışırıqsa, deməli pozan oluruq.
Qələm qiymətlidir. Kimisi qələmi hədiyyə verir, kimisi də bir xatirə kimi saxlayır. Qələmlə yazılan gözəl əsərlərin sayı-hesabı yoxdur. Ona görə də qələmlər ölmür.
Pozanlar isə… Pozanlar isə tamam başqadır. Onlar yalnız pozmaq üçündur. Pozan qiymətsizdir. Onu hədiyyə də vermək olmur. O pozduqca təkcə pozduqlarını yox, özünü də yox edir. Bir sözlə, pozan pozduqca ölür, qələm isə yazdıqca dirilir.
Pozmaq asandır. Bir adamı, bir fikri, bir hadisəni yaddaşdan pozmağa nə varki? Yazmaq isə çətindir. Çünki yazmaq həm də bir şey yaratmaq, bir şey qurmaqdır. Bəzən yazdıqlarımız bizi bir tarixə çevirir. Elələri də var ki, yazaraq pozduqlarını dərk etmirlər.
Qələmlər var ki, şah əsərlər yaradır. Qələmlər də var ki,heç yazmasa yaxşıdır. Ancaq siz yenə də qələm olmağa calışın. Pozanların aqibətini yaşamaqdansa, qələmlərin həyatını yaşayın!

LEAVE A REPLY