XƏZƏR TÜRKLƏRİNİN ETNİK ANTROPOLOGİYASI

0
9

Zamin Qafar Adnalı

XƏZƏR TÜRKLƏRİNİN ETNİK ANTROPOLOGİYASI

Türk millətinin yaratdığı böyük dövlətlərdən biridə Xəzər xaqanlığıdır. Xəzər xaqanlığının etnik və irqi tərkibi müxtəlifdir. Bu özünü arxeoloji qazıntılar nəticəsində aşkar olunan antropoloji materiallarda göstərir. Yazılı mənbələr xəzərlərin fiziki tipini fərqli şəkildə xarakterizə edir. Bir tərəfdən onlar monqolid kompleksinin daşıyıcları kimi göstərilir. Qafqaz xronikaları bu tip məlumatlarla zəngindir. Digər mənbələr xəzərləri açıq piqmentasiyalı və ya avropoid kimi xarakterizə edir. Xəzərlərin bu formada xarakteristikası özünü ərəb mənbələrində də göstərir. Məsələn Əl-istəxri xəzərləri iki qrupa: ağ və qara xəzərlərə ayırır. Ağ xəzərlərin xüsusi bir gözəllik sahibi, mavi gözlərə və şabalıdı saçlara malik olduğunu gösətirir. Bəzi xarici tədqiqatçılar qara xəzərlər haqqındakı məlumatı yalnış şərh edərək onların “hindli” olduğunu qeyd edirlər. İbn Rəbbihi isə xəzərlərin ağ dərili, qara saçlı, mavi və şabalıdı gözlü insanlar olduğunu bildirir. Kolumbiya universitetinin professoru, Avroasiya və ərəb ölkələri üzrə mütəxəssis, tarixçi Duqlas Morton Dunlop xəzərləri “quzey adamı” kimi xarakterizə edirdi. D.M.Duqlasın xəzərlərə bu tip ad verməsi özünü sonrakı antropoloji tədqiqatlarda da göstərir.
Erkən orta əsr abiədələrinin öyrənilməsində xüsusi rol oyanan çoxvariantlı dəfn mərasimi Saltvo-mayçko komlpleksində aşkar olunmuşdur. Saltvo-mayçko kompleksi orta əsrlərdə Rusiyanın cənubunda və Ukraynanın cənub-şərqində mövcud olmuş arxeoloji mədəniyyətdir. Bu mədəniyyət VIII-X əsrlərə aiddir. Mədəniyyətin əsasını xəzər türkləri tərəfindən qoyulduğu ehtimal olunur. Buna görədə Saltvo-Mayçkoda aşkarlanan bu tip çoxvariantlı qəbir abidələrini alimlər konkret etnos ilə əlaqələndirməyə çalışırlar. Arxeoloqlar və antroploqlar, sovet tarixşünası və arxeoloqu, orta əsrlər üzrə mütəxəssis, tarix elmləri doktoru İvan İvanoviç Lyapuşkinin tədqiqatlarına əsaslanaraq, dövrün abidələrinin öyrənilməsi prosesində etnikdamğaların əlamətlərini tapmağa çalışırlar. Son zamanlara qədər qəbul olunmuş fikirlərə görə bütün alimlər saltvo-mayçko mədəniyyətinin yaranması haqqında iki lokal variantı qəbul edirlər:
1. Donun aşağı axarı ilə bağlı variant;
2. Şimali Dona yaxın yerləşən rayonlarla bağlı variant.
Birinci variant bulqar türkləri ilə əlaqələndirilir. İkinci variant isə sırf alan yürüşləri ilə bağlıdır. Lakin arxeoloqlar ümumilikdə mədəniyyətin yaradıcıları kimi xəzər türklərini göstərirlər. Hər iki variantın xəzərlərin etnik antropologiyası ilə əlaqəsi yoxdur.
Antropoloji materiallar Saltvo-mayçko mədəniyyətinin əhalisinin iki böyük irqə – monqoloid və avropoid irqlərinə aid olduqlarını göstərir. Tarix elmləri doktoru M.A. Balabanova apardığı tədiqatlardan vahid nəticə çıardaraq bildirdiki, monqoloid cizgili əhali əsasən Don çayının aşağı axarına yaxın areallarda geniş yayılmışdır. Və bu həmin ərazidən tapılan qəbrlərdə özünü kəskin şəkildə göstərir. Lakin bu tədqiqat işi Balabanovanın xəzərlərlə bağlı tədqiqatının yalnız birinci mərhələsi idi. Sonrakı mərhələdə Balabanova başqa materiallar əldə edərək, yeni bir fakt ortaya çıxardı. Həmin ildə rus tədqiqatçısı E.F.Batieva Xəzər xaqanlığının cənub rayonlarında apardığı arxeoloji qazıntılar nəticəsində xaqanlığın cənub bölgəsində və Aşağı Volqaboyunda qismən monqoloid cizgili əhaliyə rast gəlindiyini aşkar etdi.
Hazırda kütləvi antropoloji materiallar əsasən Don çayının aşağı axarından və Volqaboyunun cənunda yerləşən qəbrlərdən aşkar olunmuşdur. Bu region antropoloji baxımdan az tədqiq olunmuşdur. Antropoloji tapıntılar kompleks şəkildə aşkar olunduğu Çmlysanskoe rayonunda yerləşən Sarkel qalasının xarabalıqlarının yerləşdiyi ərazidən tapılmışdır. Əsl adı xəzər türklərinin zamanında “Şarkil” olan bu tikilini gürcü mənbələri “Sarkel” kimi göstərmişdi. Bu qala şəhər 834-837-ci illərdə tikilmişdir. Qala-şəhər Bizansın vasitəçiliyi və Bizans mühəndislərinin planları əsasında hazırlanmışdır. Şəhər düzbucaqlı formasında olub eni 133,5 m, uzunluğu isə 193,5 m-dir. Qala-şəhərin ətrafında 16 bürc olmaqla təxminən 654 metr uzunluğunda bünövrəsiz çiy kərpicdən müdafiə divarı tikilmişdir. Ruslar bu qala-şəhəri tutduqdan sonra onu “Ağ Ev” adlandırmışdılar…

V.V.Qinzburq bildirirki: Buradan aşkar olunan braxikefal avropoid kəllələrlə yanaşı monqoloid kəllələrinə də rast gəlinir. Bu iki irqə aid insanların xəzər hakimiyyətinin bütün dövrlərində yaşadığını demək olar, lakin daha qədim dövrlərdə burada monqoloid cizgili tapıntılara nadir hallarda çöl-meşə arealında təsadüf olunur. Onun bu fikri XX əsrin ikinci yarısına təsadüf edirdi.
XX əsrin II yarısında həyata keçirilən tədqiqatlar: Antropoloji göstəriciləri müəyyənləşdirmək üçün, xəzərlərin yaşadığı ərazidən tapılan antopoloji qalıqlar əsasında sistem yaradılmışdır. Bu sistem xəzərlərin xarici görünüşünü iki yerə bölür: birinci tip və ya rus antropoloqlarının adlandırığı kimi “Sokolovskoy tipi”; ikinci tip və ya yenə rus antropoloqlarının adlandırdığı kimi “Sivaşovski tipi”. Qeyd edim ki, hər iki ad, aşkar olunmuş antropoloji tapıntıların kompleks şəkildə tapıldığı bölgələrin adlarına uyğun olaraq verilmiş addır.
Orta göstəricilərə görə birinci tipin aşkar olunduğu ərazidən tapılan kəllə qutularında monqoloid və avropoid göstəriciləri açıq-aydın nəzərə çarpır. Birinci tip kəllər geniş həcmli olub, braxikefal formadadır. Alınları geniş, düz və bəzəndə mailidir. Burunları düz və nisbətən enli, bəzəndə orta, göz yuvaları avropoidlərdə olduğu kimi genişdir.
Kranioloji araşdırmalar göstərirki, ikinci tipin birinci tipdən fərqli olaraq avropoid göstəriciləri daha çoxdur. Hətta qeyd etmək olar ki, sırf avropoiddirlər. İkinci tipdəkilərin baş quruluşu mezokefaldır. Osteometrik çalışmalardan alınan nəticələrə görə: ikinci tipin bədən quruluşu mezomorf, boyları isə 169-173 sm-dir.
Birinci tip qəbrlərdən aşkar olunan qadın sümükləri xüsusilə üz və kəllə sümükləri onların braxikefal baş quruluşuna və enli sifətə malik olduqlarını göstərir. İkinci tipin qadınları isə birinci tipdən mezokefal baş quruluşlarına və uzun sifətlərinə görə fərqlənirlər. Qeyd olunan araşdırmaların müəllifləri rus antropoloqları Alekseyev və Debeç idi. Bu tədqiqatlar 1960-70-ci illərdə həyata keçirilmişdir.
Müasir araşdırmalar isə Debeç və Alekseyevin tədqiqatlarında tamamilə olmasada bəzi nüansları inkar edir. 2000-ci illərdə Balabanova tərəfindən aparılan araşdrımalar nəticəsəində məlum olmuşdur ki, Alekseyev və Debeçin tədqiqatlarının bir qismi Xəzər xaqanlığının süqutundan sonrakı dövrə təxminən XII-XIII əsrlərə aiddir. Bu dövr monqolların Qafqaza və Azərbaycana yürüş etdiyi dövrə təsadüf edir. Deməli Debeç və Alekseyevin aşkar etdiyi tapıntılar sırf xəzər türklərinə aid olunmamlıdır. Balabanova və Batievaya görə hər iki tip qəbrdən aşkar olunmuş xəzər türkləri dönəminə aid sümüklərin tədqiqatı göstərir ki:
Birinci tip qəbrlərdə dəfn olunmuş xəzər türkləri monoloid və avropoid xüsusiyyətlərinə malik olub, baş quruluşları dolixokefal və braxikefaldır.
Ikinci tip qəbrdə dəfn olunanlar isə sırf avropoiddirlər, baş quruluşları dolixokefaldır.
Hətta burada tapılan kəllə sümükləri üzərində tük qalıntıları göstərir ki, ikinci tip xəzər türklərində kürən və ya sarışın saçlara da təsadüf oluna bilər. Batieva bildirirki, əgər sarışın saçlılıq mövcuddursa, böyük ehtimalla mavi və ya boz-mavi gözlərə, yerli əhalidən fərqli olaraq nisbətən daha bəyaz dəriyə rast gəlmək olar. Lakin rus antropoloq onuda bildirirki, bu tip dəri xəzər türklərində çox az müşahidə olunur. Daha çox qaraşın və mis rəngli dəriyə rast gəlmək olar. Bəzi antropoqlar xəzər türklərinin dərisinin rənginə uyğun olaraq monqoloid adlandırırlar. Və buna sübut kimi dövrün mənbələrini göstərirlər. Balabanova bu məsləyə belə cavab verir: dövrün tarixçisi qarşısında iti baxışlı, qaraşın dərili orta boylu xəzər türkünün xarici görnüşünü özüdə bilmədən monoqoloid kimi səciyyələndirə bilər. Məsələn bir ərəb səyyahı və ya tarixçisi üçün xəzər türkləri ilə Asiya monqolları arasında elə də böyük bir fərq yoxdur. Buna görədə tarixşünaslıqdan fərqli olaraq antropoloqlar dövrün tarixçisinin subyektiv düşünmə tərzini nəzərə alaraq, bütün fikrini antropoloji tapıntılara yönəltməli, əldə etdiyi tapıntılardan nəticə çıxaraq, dövrün mənbələri ilə müqayisə etməlidir. Və yalnız bundan sonra tapıntını real fakt kimi qəbul edə bilər.
E.F.Batievanın demoqrafik araşdırmaları göstərir ki, xəzərlərdə kişilərin ölümü qadınlara nisbətən dövrə uyğun olaraq daha çoxdur. Qəbrdən tapılmış kişi sümüklərindən 3-də mızraq izləri müşahidə olunur. Bu izlər adətən döş qəfəsində, qarın hissəsində yerləşir. Maraqlıdır ki, heç bir sümükdə arxadan qılınc, mızraq və ya hanısa bir zərbə izi yoxdur. Yalnız 15-17 yaşlarında yeniyetməyə aid olduğu ehtimal olunan 2 qəbrdə kürək hissədə və başın arxa hissəsində ox ucluqlarının qalıntıları və izləri var. 25-29 yaşlarında olduğu ehtimal olunan qadın sümüklərində də kişilərdə olduğu kimi arxa hissədən qılınc və mızraq izləri yoxdur. 199 nəfərə aid olunan sümüklərdən 89-unun yerləşdiyi və birinci tip adlanan qəbrlərdə 35-40 yaşlarında dəfn olunan kişilərin ölüm səbəbləri ilə, 110-nun aşkar olunduğu və ikinci tip adlanan qəbrlərdə dəfn olunan 30-35 yaşlarında kişilərin ölüm səbəbi ilə eyni idi. Batieva qeyd edirki, monqoloid-avropoid hesab olunan metislərdən fərqli olaraq ağ dərili xəzərlər orduya daha erkən cəlb olunmuşdur. Hətta ikinci tipin nümayəndələrinin orduda öndə getdiyini qeyd edən Batieva əlavə edirki: ikinci tip kişilərdə mızraq, xüsusilədə qılınc izləri daha çoxdur, deməli birinci tip geridə qalaraq oxlara tuş gəldiyi halda ikinci tipin nümayəndələri düşmənlə yaxın döyüşə girmişdir.
Etnik antropologiya ilə məşğul olan antropoloqlar qəbrlərdən tapılan birinci tip sümükləri Sibirin eramızdan əvvəl mövcud olan antropoloji quruluşuna daha çox bənzədirlər. Balabanova da metis xəzərlərin hunlardan daha çox skif,sak, kimmerlərə bənzədiyini qeyd edir. Lakin sovet dövrü antropoloqları çöllərdə daha çox monqoloid tipinin üstünlük təşkil etdiyini və hətta avropaya qədər yayıldığını göstərirdilər. Xüsusilədə 60-80-ci illər araşdırmaları xəzərlərin xarici görünüşü haqqında yalnış təsəvvür yaradır. Lakin son tədqiqatlar xüsusilə də XXI əsrin əvvəllərindəki tədqiqatlar sübut edirki, xəzər türklərinin formalaşmasında 3 tip mühüm rol oynamışdır: birinci tip monqoloid-avropoid görünüşlü metis türklər, ikinci tip sırf avropoid görünüşlü qaraşın və ağ dərili Qafqazdan gəlmə türklər, üçüncü tip isə avropoid görünüşlü, sarışın saçlı qeyri-türklər. Rus antropoloqlar burada slavyanların adını xüsusilə qeyd edirlər. Qafqazdan gəlmə türklərin maldarlıqla , metis türklərin isə adətən əkinçiliklə məşğul olduğu aparılan sümük analizlərindən bizə məlumdur.

Xəzər türklərinin etnik antropologiyası aşağıdakı kimidir:
Metis yəni monqoloid-avropoid xəzərlər:
Baş quruluşlu – dolixokefal və braxikefal
Piqmentasiya – gözlər: qara və şabalıdı, saçlar: qara və qara-qırmızı, dəri: qaraşın və mis rəngli,
Burun- orta enlilikli və enli
Sifət- enli, bəzəndə ensiz
Boy – 168-171 sm

Avropoid xəzərlər:
Baş quruluşu – dolixokefal, nadir hallarda mezokefal
Piqmentasiya – gözlər: şabalıdı və mavi, saçlar: qara-şabalıdı, sarışın, kürən, dəri: qaraşın, ağ
Burun – ensiz, düz, nadir hallarda qısa
Sifət – ensiz, uzun, üz sümükləri çıxıntılı
Boy – 172-176 sm

Tədqiqatçılar hakim sülalənin türk olduğu fikrini tam olaraq qəbul etdikləri halda, onların xarici görünüşü məsəsləsində bir qədər tərəddüd edirlər. Çünki hakim sülaləyə məxsus qəbr abidəsi ehtimalları çıxmaq şərtilə (bəzi qəbrlərin hakim nəslə aid olduğunu hesab edən tədqiqatçılar var) tapılmamışdır. Buna görədə antropoloqlar hakim sülalənin metis yoxsa sırf avropoid olduğunu dəqiq deyə bilmirlər.

LEAVE A REPLY