Qüdrət Əzizov
Kitab oxumağı hər kəsə sevdirək.
Düzdür, bu haqqda bir yazım olmuşdu. Amma bir neçə gün əvvəl rastlaşdığım hadisə bir daha bu haqqda yazı yazmağa vadar etdi. Bu mövzu barədə digər jurnalistlər də öz mövqelərini bildirmişdilər. Həmçinin sosial şəbəkələrdə belə marifləndirici təbliğat aparılmışdır. Lakin nəticə etibarı ilə görsənir ki, hələ də bu haqda mariflənmə aparılmalıdır. Parklarda, avtobuslarda, metroda, yaxud hansısa istirahət mərkəzində kitab oxuyan gənclərə baxış tərzi hələ də düzgün formalaşmayıb. Bir qrup gənc var ki, bu halla barışa bilmir. Yoxsa başqa bir dərdləri var, cavabın bilmirik…
Kitab oxuyan gəncləri məsxərəyə qoyurlar, yersiz söz atmaları ilə onları narahat edirlər. Lakin burda əsas məsələ onların digər gənclərlə zarafatı deyil, kitaba qarşı etdiyi hörmətsizlikdir. Bu sinif gənclər maariflənmək, dünya görüşlərini artırmaq istəmirlər. Öz gəncliklərini məhv edirlər. Gəncliklərini necə məhv edirlər desəz, bir çox şey sadalamaq olar. Məsələn, əsas mərkəz çayxanalardır. Hər şey burdan başlayır. Çayxanalarda kriminal aləmlə bağlı fikirlər, özləri ilə təsbeh, bıçaq və s. gəzdirmək. Domino, nərd oynamaq… Bu kimi aludəçilik yaradan adətlərin mərkəzi məhz çayxanalardır. Axı, gəncliyi bunlara həsr edərək keçirmək nə qədər düzgündür? Biz güclü bir cəmiyyət formalaşdırmaq istəyiriksə elmlə, savadla bunu etməliyik.
Hər kəsə məlumdur İsrailin elmlə etdikləri. Loru dildə desək, xəritədə bəlkə də İsrailin yerini tapmaq ücün lupadan istifadə edirik. Amma, gəlin baxaq və görək kim öndədir. İsrail bütün dünyaya elmlə, savadla meydan oxuyur. Çin özü də o qədər irəlidədir ki, zibildən belə yeni istehsal hazırladı. Hamısı elmə yönəldilən işlərin nəticəsi oldu. Bizlərdə isə vəziyyət çox acınacaqlıdır. Hələ də dünyaya yenidən gəlsələr günlərini cayxanada keçirəcək insanlar vardır. Düzdü, onlar çox şeyin fərqinə varmırlar və kitab oxuyanları heç vaxt başa düşməzlər. Axı, onların heç bir anlayışı yoxdur bu haqda. Onlar nə bilsin hər kitabda bir həyat formalaşır, hər kitabda sanki başqa bir həyat yaşıyırsan. Onlar bu duyğuların heç birini yaşamayıblar. Bu tip gənclər bilmir ailəsiz doğulub min bir əziyyətlə böyüməyi,ya da Əfqanıstanda müharibədə ölümdən necə qaçmağı. Qumarbaz olub hər şeyini itirməyi, ya da insan öldürüb onun vicdan ağrısı ilə öldüyünü bilmirlər.Ya da Van Qoqun necə tablolarını çəkdiyini, ona necə qulaqsız Van Qoq dediklərini belə bilmirlər. Sonunda necə intihar etməsini buraxın,Van Qoqun kim olduğunu bilmirlər. Onların kitab oxumama səbəbi tənbəllik deyil, qorxaqdılar sadəcə. Onlar gəncliklərini məhv edirlər. Bunun qarşısını almaq lazımdır. Bunun üçün dayanmadan maarifləndirici təbliğat aparılmalıdır. Bəlkə onda nəsə dəyişiklik ola və müsbət nəticə əldə oluna bilər. Kitabı hər kəsə, balacadan böyüyə kimi hər kəsə sevdirməliyik. Necə deyərlər, oxumaqdan, elmə yiyələnməkdən başqa çıxış yolumuz yoxdur…