İspaniyada ŞOK CƏZA…

0
5

İspaniyada ŞOK CƏZA…

İspaniya çempionatının “Atletiko” – “Deportivo” matçındakı insidentlə bağlı qərar çıxarılıb. Lent.az-ın məlumatına görə, dava iştirakçısı olan azarkeşlər cəzalandırılıb. Belə ki, iki komandanın ümumilikdə 88 azarkeşinə 5 il ərzində stadiondan oyuna baxmaq qadağan edilib. Bundan əlavə, onlar ümumi olaraq, 60 min avro cərimə ödəməli olacaqlar.

Qeyd edək ki, stadiondakı kütləvi davada təxminən 200 azarkeş iştirak etmişdi. Bu zaman “Deportivo”nun 43 yaşlı fanatı dünyasını dəyişmiş, 7 nəfər isə ciddi xəsarət almışdı.

LEAVE A REPLY