Həyat yoldaşının borcuna görə verilişi bağlandı

0
6

Həyat yoldaşının borcuna görə verilişi bağlandı

Müğənni Songül Karlının 3 ay əvvəl başlayan və öz adını daşıyan verilişi (“Songül Karlı ilə yenidən”) 512 min lirəlik (təxminən 180 min manat) borc səbəbindən bağlanıb.

İddiaya görə, S.Karlı həyat yoldaşına aldığı “Porsche” markalı avtomobilinə görə 512 min lirə borca düşüb. İfaçı verilişin təşkilatçısından həmin pulu ödəmək üçün ona kömək olmasını istəyib. Daha əvvəl də Songül və ərinin borclarına görə çətinlik yaşayan prodüser Cəbrayıl Mungan bu mövzuda ona yardım edə bilməyəcəyini deyib. S.Karlı da bu səbəbdən verilişi aparmayacağını söyləyib. Elə buna görə də, həftə içi hər gün yayımlanan proqram dayandırılıb.

LEAVE A REPLY