2015-ci ilin rəngi
Hər il bir rəngi ön plana çıxararaq modaya liderlik edən Pantone, 2015-ci il üçün qırmızı şərab və qırmızı tonları əks etdirən, qızıl qəhvəyiyə çalan darçın tonlarındakı “Marsala” rəngini seçib.
Marsalanın modadan tutmuş ev dizaynına qədər tətbiq olunması gözlənilir.
Marsala, zehini, bədəni və ruhu zənginləşdirən rəngdir.
Pantone mütəxəssisləri, yaradıcılıq və yeni təcrübələr əldə etməyə təşviq edən bu rəngin həm qadınlar həm də kişilər tərəfindən bərabər şəkildə istifadə edilə biləcəyini deyib.