Rauf Mirqədirovun həbs müddətinin uzadılması qərarı qüvvədə saxlanıb
Bu gün, Bakı Apellyasiya Məhkəməsi hakim Vaqif Mursaqulovun sədrliyi ilə Rauf Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin əlavə olaraq, 5 ay müddətinə uzadılmasına dair Nəsimi rayon Məhkəməsinin 20.11.2014 tarixli qərarından müdafiə tərəfinin verdiyi apellyasiya şikayətinə baxaraq, həbs qətimkan tədbirinin uzadılmasını qanuni hesab edib.
Müdafiə tərəfi istintaq orqanının hərəkətlərinə etiraz edərək, çoxsaylı vəsatətlər versə də, məhkəmə bu vəsatətlərin heç birisini təmin etməyib.
Rauf Mirqədirovun sağlamlıq durumunun qənaətbəxş olmadığı bildirilir.