“Avropa ləyaqət hissini itirib”

0
7

“Avropa ləyaqət hissini itirib”

alt=”"Avropa ləyaqət hissini itirib"” title=”"Avropa ləyaqət hissini itirib"”
“Milli Məclisin bu günkü plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyindən danışıb. Deputat bildirib ki, Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycanla bağlı mövqeyində təhqir elementləri də var idi.
“Onun bəyanatında Azərbaycan hökuməti deyil, “azəri hökuməti” adlı ifadə öz əksini tapıb. Bu, onun Azərbaycana olan münasibətinin göstəricisidir”,-deyə komitə sədri söyləyib.

Milli Məclis üzvü bu mənada Avropadakı siyasi təsisatların artıq ləyaqət hissini itirdiyini bildirib.
Əli Hüseynli onu da deyib ki, beynəlxalq təşkilatların islah olunması yolu onlarla əməkdaşlıqdan keçir. “Biz əməkdaşlığı davam etdirməliyik”.

LEAVE A REPLY