8 dərəcə şaxta olacaq

0
1

8 dərəcə şaxta olacaq

Azərbaycanın əksər bölgələrinə qar yağacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 25-də soyuq, arabir yağıntılı hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.
Rayonlarda hava arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 6-10, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

LEAVE A REPLY