Xristian qardaşlığının yeni nümunəsi

0
7

Zaur Muradxanlı

Xristian qardaşlığının yeni nümunəsi

Noyabrın on ikisində milli ordumuzun əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçumuz Agdam rayonunun Kəngərli kəndi yaxınlığındakı mövqelərimizdən çiyindən atılan zenit raketi ilə ermənilərin Mi-24 tipli hücum helikopterini vurub. İyirmi dörd yaşlı gəncin üstün qəhrəmanlıq göstərərək düşmən helikopterini məhv etməsi təqdirəlayiq haldır.
Əvvəlcə Mi-24 helikopterini tanıyaq ki, qəhrəman əsgərimizin gördüyü işin böyüklüyünü dərk edə bilək. Yoxsa, hərbi xidmətə getməmiş, gedibsə də belə səngərdə çovğunun sərt silləsini yeməmiş, gecə yarısı yuxusunun həsrətini çəkməmiş olanlar dodaq büzüb, “mən olsam o birisini də vurardım” deyə bilər. Amma əmin olun, o sözü deyənlər gerçək həyatda 500 metrliklərində düşmən helikopterini görsələr, həm də tam təchizatlı olaraq, inanın necə boş-boş danışdıqlarının fərqinə vararlar.
Əsgərlər arasında uçan tank, xarici görünüşünə görə isə timsah adlandırılan bu helikopterlər hücum məqsədli olmaqla bərabər silahla təminatına görə iki yerə bölünür.
Birinci tipə 30 kalibrli qoşalülə topla silahlanmış, habelə asılan qanadların hər birində 40 və 32 ədəd idarəolunmayan reaktiv raket daşıyan, iki ədəd baraban və yenə hər qanadda bir ədəd olmaqla hava və yaxud hava yer raketi ilə təmin olunur. Qeyd edək ki, bu raketlər qısa mənzillidir. İdarə olunan raketlər beş, idarə olunmayanlar isə dörd kilometr məsafədə hədəfi məhv etmə qabiliyyətinə malikdir.
Digər tip Mi-24 sadəcə olaraq topuna görə fərqlənir, qalan bütün silah və taktiki, texniki xüsusiyyətlər eynidir. Bu helikopterlərdə fırlanan barabanlı dördlülə, 12,7 kalibr zenit topu fərqlidir ki, bu da o qədər helikopterin istifadə edildiyi döyüş bölgəsinə görə seçim imkanı artırmaqdadır. Silahlarından əlavə altı nəfərlik desant manqası, habelə yük daşıma qabiliyyətinə malik olan bu helikopterlər qarşı atəş üçün də möhkəm zirehlə qorunmaqdadır. Çox manevrli helikopterlərin gövdəsi 12,7 kalibrli zenit topuna, ön şüşəsi isə 30 kalibrlik zenit topuna qarşı dözümlüdür.
Milli ordumuzun qəhrəman əsgəri ilə fəxr etdiyimizi, onunla qürur duyduğumuzu bildirdikdən sonra keçək bu helikopterin hansı şərairtdə vurulmasına və helikopter vurulduqdan sonra Avropa mediasının olayı işıqlandırma biçiminə.
Artıq hər kəsin məlumu olduğu üzrə hadisənin üç gün öncəsindən başlayaraq Ermənistanın işğal olunmuş torpaqlarımızdakı provakativ məqsədli təlimləri pik nöqtəsinə çatmışdı. Düşmən hərbi hava qüvvələri, xüsusən cəbhənin Ağdam istiqamətində cəbhə xətti boyunca uçuşlar edərək mövqelərimizə həddindən artıq yaxınlaşır, helikopterlərinin üzü Azərbaycan torpağına tərəf uçarkən yüksəklik azaldaraq döyüş kursuna keçir, əllərindən gələn hər cür əxlaqsızlığı edərək milli ordumuzun əsgərləri ilə pisixolojik savaş aparmağa cəhd edirdilər. Sonda da istədikləri oldu. Xristian dayanışmasına arxalanıb Qafqazda at oynatmağa çalışan erməni dığasına elə bu da azdır. Əslində onlar iki il öncə Mübarizin, bu il avqustda qəhrəmanlarımızın verdikləri dərslərdən bir şey anlamış olsaydılar heç indi bu qədər qaşınmazdılar. “Qaşındı”lar və əsgərlərimizin sayıqlığı nəticəsində cəzalarını da aldılar.

Qərb mediasının ikiüzlülüyünə deyinmədən öncə bir neçə kelmə də ordu komandanlığı haqqında demək istəyirəm. General Zakir Həsənovun Müdafiə naziri təyin olunmasından sonra ordunun döyüş kefiyyətində əməlli-başlı irəliləyiş nəzərə çarpmaqdadır. Ən önəmlisi isə yuxarıdakı vəzifə dəyişikliyindən sonra milli ordumuzun əsgərləri artıq “yuxarıdan nə deyərlər” qorxusunu hiss etmədən gördükləri düşmən hədəflərini anındaca məhv edə bilmək üçün “ac qurd” kimi düşmənin üzərine atılmaqdadırlar. Bu əlbəttə ordumuzda özgüvən hissinin bərpa olunması deməkdir. Yeni nazirimizin əsas pirinsiplərindən biri düşmənin hər hərəkətinə anında ikiqat zərbə ilə cavab verilməlidir. Çünki o Azərbaycan əsgərinin mentalitetini, psixologiyasını keçmiş nazirdən qat-qat daha yaxşı bilir. Bunun üçün də lazımi tədbirləri vaxtındaca görərək ordumuzun əhval- ruhiyyəsini ən yüksək səviyyədə saxlanılması yolunda əlindən gələni etməkdədir.
İndi isə bir-iki kəlimə Qərb mediasının məsələyə yanaşması haqqında deyək. Əgər sizə çoxüzlü insan necə olur desələr, ən yaxınınızdakı avropalını misal olaraq göstərə bilərsiniz. Çünki bunların mediası ölən, itən, yaralanan bir müsəlman, ya da bir zəncidirsə nəinki zəhmət çəkib səhifələrində yer verməzlər, hətta bunu gizlidən gizliyə bayram edərlər. Amma bir xaçpərəstin köpəyinin sümüyünü alsan özləri köpəkdən betər cumarlar adamın üstünə. Necə ki, ele son helikopter olayında bu ikiüzlülükləri özünü büruzə verdi. İllər öncəsinə qayıtsaq, ABŞ Konqresində azadlığın müdafiəsinə dair akta edilən 907-ci düzəlişi xatırlayarıq. O vaxtlar ABŞ konqresmenləri hər halda Qafqazda nə olub bitdiyini bilməyəcək qədər zırrama deyildilər, bir müsəlman ölkəsinin torpaqlarının xristian olkə tərəfindən işğal olunduğunu bal kimi bilirdilər. Bilməsələr belə bunu müşavirlərindən tutmuş yardımçılarına qədər öyrənə biləcəkləri xeyli adam var idi. Amma bütün bu imkanlara baxmayaraq, sanki Azərbaycan erməni torpaqlarını işğal edirmiş kimi bizə gələ biləcək beynəlxalq yardımların önünü kəsə bilmək üçün həmin aktı qəbul etdilər. Ayrıca bu aktın psixoloji tərəfi daha ağır idi, çünki Azərbaycanı rəsmən işğalçı dövlət durumuna salır və utanmadan da bu vəziyyəti 2001-ci ilə qədər davam etdirdilər.
Bu sadəcə Azərbaycan üçün xarakterik deyildi. Məsələn Bosniyada serblər müsəlmanlara qarşı soyqrım törətməyi planlaşdıranda Fransa yüksək səviyyədə vəziyyətdən xəbər tutsa da, susmağı üstün tutdu. Necə ki özləri Əlcəzairdə milyon yarım mülki vətəndaşı vəhşicəsinə qətl etmişdilər. Bu millətlərin siyahısına bütün Avropa toplumunu daxil edə bilərik, çünki onlardan hansının keçmişini araşdırsaq qaranlıqlarla, çirkablarla doludur. İndi də müsəlman ölkələrində yalnızca karbohidrogen ehtiyatlarının qoxusu burunlarını qıcıqlandırdığı zaman demokratiya, insan haqları yadlarına düşən, qalan vaxtlarda isə yer üzərində yoxmuş kimi davranan xristian klubu münaqişələrdə belə onlara heç bir xeyri, maddi çıxarları olmasa belə sadəcə xristian olduqları üçün dəstəklədikləri erməniləri helikopter məsələsində dəstəkləmək üçün haray-həşir qoparıblar ki, gəl görəsən. Görən də deyər bəs bizim əsgərimiz İrəvanda teatr meydanının üzərindən ötüb keçməkdə olan sərnişin helikopterini vurub ki, atəşkəs pozulsun, yenə aləm qarışsın. Əxlaqsızlığın, yetmiş sifətliliyin bu qədərinə də əhsən…
Rus mediasına fikir verən olsa vurğuladıqları əsas fakt helikopterin dinc məqsədli təlim uçuşu etdiyi və buna görə də üzərində tək bir güllənin belə olmamasıdır. Guya gülləsi olsaymış bizim qəhrəman çavuşumuzu vuracaqmış, digər helikopter də canavar sürüsündən qaçan it kimi quyruğunu ayaqları arasına sıxıb dabanları yağlamayacaqmış… Sətir altı ifadənin mənasını görürsünüzmü?
Əziz qərbli məsləkdaşlarımız, artıq sizin qarşınızda zəif Azərbaycan yoxdu ki, onu istədiyiniz səmtə yönəldəsiniz. Darıxmayın, vaxt gələcək ki, siz bizim çaldığımız havaya oynayacaqsınız, həm də tərəkəməni ayaqyalın. Görəəəm gününüzü…

Zaur Muradxanlı

LEAVE A REPLY