Məşhur aktrisanı 11 kilo arıqladan sarımsaq çayının faydaları

0
7

Məşhur aktrisanı 11 kilo arıqladan sarımsaq çayının faydaları

Qoxusuna görə yeməkdən çəkindiyimiz sarımsağın saçdan ürək xəstəliklərinə qədər bir çox problemə faydası var.
Sarımsaq təbii antioksidantdır, immuniteti gücləndirir və orqanizmi xəstəliklərdən qoruyur. Alergiyadan əziyyət çəkənlər də sarımsaqdan istifadə etməlidirlər. Bu bitki qan şəkərini tənzimləyir, təzyiqi və xolesterolu aşağı salır.
Sarımsağı yeməklərdə istifadə etməyi xoşlamırsınızsa, onun çayından faydalana bilərsiniz. Asan hazırlanan bu çay sayəsində bədəninizdəki toksinlərdən xilas olmaqla yanaşı, həzm sisteminizin daha yaxşı işləməsinə kömək etmiş olacaqsınız.
Sarımsaq çayı həmçinin ürək və damar sağlamlığı üçün çox faydalıdır. Vitamin və minerallar baxımından zəngindir, zərərli mədə parazitlərindən xilas olmağınıza kömək edir. Qrip və infeksiyalara qarşı da çox efektlidir.
Sarımsaq çayı həm də ideal çəkiyə qovuşmağınıza kömək edəcək.
Bədəndə toplanan yağları əridən bu çay ilə incə və sağlam olacaqsınız. Məşhur Hollivud ulduzu Ancelina Colinin sarımsaq çayı vasitəsilə 11 kilo arıqlaması bu çayı populyarlaşdırıb.
Bəs min bir dərdin dərmanı olan çay necə hazırlanır?
Tərkibi:
Təzə və ya toz zəncəfil
Sarımsaq
Limon suyu
Bal
Hazırlanması:
2 stəkan qaynayan suyun içinə kiçik barmaq boyunda zəncəfil və ya 1 çay qaşığı zəncəfil tozu töküb 6 dəqiqə qaynadın. Daha sonra suyun içərisinə 2 böyük diş sarımsağı rəndələyin. 1 çay qaşığı limon suyu və 2 çay qaşığı bal əlavə edərək qarışdırın.
Bu çaydan hər səhər və axşam bir stəkan için. Sarımsaq çayını çox ac və tox olanda içmək olmaz. Yemək yedikdən 45 dəqiqə sonra içmək məsləhətdir.
İdeal kilonuza qovuşana qədər bir neçə həftə bu çayı içə bilərsiniz.

LEAVE A REPLY