Küçə mədəniyyəti.

0
7

Qüdrət Əzizov

Küçə mədəniyyəti.

Belə düşünürəm ki, bir cəmiyyətə bəlkə də ən əsas aşılanması vacib olan məsələ küçə mədəniyyətidir. Cəmiyyətdə bir çox hallar baş verir ki, bunun təməlində məhz küçə mədəniyyətimizin nə səviyyədə olması dayanır. Gündəlik hər birimiz bunlarla rastlaşırıq. Məs: Yerlərdə tüpürcəklər, maşından, balkondan, yaxud yol gedərkən yerə atdığımız zibillər. Axı, nə vacibdir ki, o zibili yerə atasan. Məgər zibilini özündə saxlayıb, bir zibilqabı olan yerə atmaq bu qədər çətindir? Bu səbirsizlikdən irəli gəlir, yoxsa başqa bir şeydən anlaya bilmirəm. Hələ balkondan yerə, həyətin ortasına zibil atanları hec anlamıram.
Digər “mədəniyyət” göstəricisi isə mehriban olaq mədəniyyətidir ki, hər gün səhər-səhər bunu yaşıyırıq avtobuslarda, metrolarda. Bu azmış kimi sürücülərin sərnişinlərlə qeyrı etik davranışı, narazıçılıq yarananda bir-birlərinə dedikləri təhqiramiz ifadələr. Nəqliyyatda yüksək səslə danışmaq, yaxud oturmaq üstündə belə narazıçılıqlar yaranır ki, burda hansı mədəniyyətdən danişa bilərik, deyə bilmərəm.
Əsas bizdə tüğyan edən növbə mədəniyyətsizliyidir ki, hələ də bunu yoluna qoya bilmirik. Harda növbə varsa orda mütləq ki, narazıcılıq olacaq. Bəs, yaxşı, bunu səbəbkarı, qaynağı kimdir, kimlərdir? Bu bizik, hər birimizik desək, yəqin ki, yerinə düşər. Ta uşaqlıqdan bizə bu məsələ qabardılsa və ciddi şəkildə aşılansaydı, bəlkə də, gənc nəsil bu situasiyanı dəyişə bilərdi. Bu yazılmamış, amma əməl olunması gərəkən vacib bir qanundur. Daha çox gənc nəslin səbrsiz və soyuqqanlı davranıb çılğın hərəkətləri ilə növbəsiz davranışları buna əyani sübutdur. Hər birimiz ən azı bir dəfə olsa belə, qarşımızdakı insana haqsızlıq edərək onun növbəsinə girmişik. Buna etiraz isə bəzən əks tərəfdən sərt və ciddi olur. Gündəlik eşitdiyimiz və artıq “növbələr sözü” kimi qəbullandığımız ifadələrdən məşhurları isə bəzən ciddi söz-söhbətə yol açır: “Adə, ay eşşək, növbəni gözləyəndə canın çıxır?”, “sənə tərbiyə verənə bərəkallah”, “ay qız, yavaş ol da tapdaladın e, məni”, “ay bala, üstümüzdə futbol oynamadığın qaldı, gəl onu da elə” və s kimi tipli ifadələr orta və yaşlı nəsil tərəfindən bəzən işlənir. Yuxarıda bildirdiyim kimi, bu və bu tip ifadələr isə çox vaxt söz-söhbətə və dava-davalaşa gətirib çıxarır. Bütün bunlar adi bir şey üstündə baş verir və nəticədə kiçik bir od böyüyərək tonqala çevrilir.
Bizdə yeni- yeni “küçə sənəti”də formalaşır. Bu daha çox musiqi ifa edənlərdir. Düzdü, bəzən qulağa xoş gəlməyən, yaxud səsi olmayan biri bunu ifa edəndə istər- istəməz maraq olmur dayanıb qulaq asmağa. Amma həqiqətən qulaq asılası ifa edən birinə dayanırsan ki, qulaq asıb musiqidən həzz alasan, polıs əməkdaşları gəlib həmin şəxsi, belə desək “qovurlar”. Axı bunun nəyi pisdir? Musiqidən nə ziyan? Xarici ölkələrdə belə bir hadisə olanda böyüyündən tutmuş kiçiyinə qədər hər kəs zövq alaraq qulaq asr. Belə olduğu halda kücə sənəti də inkşaf edir, həm də yol gedənlərə az bir müddətə olsa belə xoş təəssürat bağışlayır.Yəqin ki, bizdə nə vaxtsa bele hallar baş verər və əsas olan “küçə mədəniyyəti”miz inkişaf edər.Necə deyərlər, bu xəmir hələ çox su aparacaq. Gözləyək və görək necə olacaq…

LEAVE A REPLY