Yeni Türkiyəyə, yeni Mahçupyanla?!

0
1

Seymur Süleymanov

Yeni Türkiyəyə, yeni Mahçupyanla?!

Türklər heç zaman bu uydurma soyqrımı tanımayacaq!

AKP hakimiyyətinin, Yeni Türkiyəsi heç də gözlənilən qədər yeni deyil. Bir çoxlarına məlumdur ki, Türkiyə getdikcə həm daxildə, həm də xaricdəki siyasətində din, irq, şəriət ayrıseçkiliyi etməkdədir. Din öz yerində, amma siyasətə qatılması, birmənalı şəkildə doğru deyil. AKP hakimiyyəti Türkiyənin öncəki illərdə, demokratik siyasətinin qarşısını aldı. Qarşısını aldı deyəndəki, bunu ancaq dini yolla həll etdi.

Türkiyənin indiki hakimiyyəti, Osmanlı xəyallarını gerçəkləşdirməklə məşğuldur. Heç kəsə gizli deyil ki, indiki Türkiyə hakimiyyəti getdikcə, Atatürkçüləri, Cumhuriyyətçiləri, ümumiyyətlə, azad fikirli insanları cəmiyyətdən silib süpürmək addımlarını reallaşdırır. Amma bu alınmayacaq. Çünki azad fikirli insanlar, hər yerdə azaddırlar!

Bu fikirlər öz yerində. İndi gələk Türkiyə hakimiyyətinin sanki ermənipərəstlik siyasətinə. Bildiyiniz kimi, bu yaxınlarda Türkiyənin baş naziri Əhməd Davudoğlu erməni əsilli jurnalisti özünə baş danışman təyin etdi. Etyen Mahçupyan bu görəvə gətirildi və çox məmnun olduğunu bildirdi. Bildirmək istəyirəm ki, hakimiyyətin bu addımı atmaq fikri öncədən bəri var idi. Çünki Mahçupyan bu görəvə gəlməzdən əvvəl də böyük vəzifədən danışırdı. Türkiyədə hakimiyyət yenidən qurulanda bu iddianı gerçəkləşdirdi. Bu addım heç də cəmiyyətdə birmənalı qarşılanmadı. Türkiyədə iğtişaşlar baş verdikdə, kürdlərlə birlikdə bölgədə olan ermənilər də Kobaniyə yardım üçün hakimiyyətə təzyiqlər göstərirdilər. Hakimiyyət düşündü ki, necə edək erməniləri bölgədə sakitləşdirək və beləliklə hakimiyyətə erməni əsilli jurnalisti təyin etdilər.

Türkiyədə olduğu kimi, Azərbaycanda da bu hadisə heç də yaxşı qarşılanmadı. Mən də bu hadisəni qınayıram. Türkiyə hakimiyyətinin bu addımını düşünülməmiş addım hesab edirəm. Necə ola bilər ki, dünən vəzifə üzü görən, bu gün prezident Ərdoğana ağıl verir.
Etyen Mahçupyan “Aprelin 24-də Ermənistana getmək mühüm jestdir, ancaq bu jest özündən qabaq çoxsaylı başqa jestləri tələb edir. Əgər həmin jestlər olsa, o zaman mümkündür ki, məqbul situasiya yetişəcək və prezident Ermənistana gedəcək. Lakin realist olsaq, mən bunu mümkün saymıram. Çünki gözlənilir ki, 2015-ci ildə Ermənistan daha sərt mövqe tutacaq. O səbəbdən Türkiyə həmin jesti etməyəcək”, – deyə bir açıqlamada bulundu. Onun heç özünün də “Erməni soyqırmına” inanmağı gəlmir. Amma nə etsin? Bunu deməyə məcburdur ki, ermənilərin rəğbətini qazansın. Mahçupyanın bu açıqlamasında sonra, bir çoxları bu haqda düşünməli oldu. Bir çoxları “hakimiyyət belə addımı atmaz. Atsa da, cəmiyyət bunu birmənalı qarşılamaz”, deyə fikir irəli sürdülər. Çünki Türkiyə xalqı heç bir zaman “Erməni soyqırımını” tanımadı və tanımayacaq da. Mən bunu deyə bilmərəm ki, hakimiyyət bu addımı atmayacaq. Amma son zamanlar hakimiyyətin ermənipərəstliyi bu suyun rəngini dəyişir.

12 dekabr 2013-cü ildə Əhməd Davudoğlu Ermənistan səfərində çox maraqlı “uydurma” fikir irəli sürmüşdü. O, “1915-ci ildə ermənilərin Türkiyədən Suriyaya deportasiyası qeyri-insani olub” deyərək, sanki ermənilərdən üzr istəyir. Və daha sonra, “Bizim əsas məqsədimiz təkcə sərhədi açmaq deyil, həm də sülhə aparacaq yolun təməlini qurmaqdır”. Davudoğlunun bu iki açıqlamasını nəzərə alsaq, onda heç kəs Ərdoğanın Ermənistana getməyəcəyinə dair qarant verə bilməz.

Nə olur-olsun, Türkiyə qardaş ölkədir. Bu addımı hakimiyyətin ata bilmə ehtimalı olsa da, o demək deyil ki, bu addımı xalq da atacaq. Türklər heç zaman bu uydurma soyqrıma inanmayacaq! Çünki nəinki Türkiyə, heç dünya ölkələri belə bu “soyqırımı” tanımır!

Seymur Süleymanov

LEAVE A REPLY