Azərbaycana baxış…

0
6

Seymur Süleymanov

Azərbaycana baxış…

Yazılarım Azərbaycan mətbuatında işıq üzü görəndən,ancaq Türkiyənin daxili və xarici siyasətindən yazırdım. Çoxları məndən soruşurdu ki,məhz niyə Türkiyədən, Azərbaycandan niyə yazmırsan? Biz sənin Türkiyəyə baxış mövqeyini bilirik, amma Azərbaycana baxış mövqeyini bilmirik. Bu köşəmdə Azərbaycana baxış mövqeyimdən yazacağıma söz verdim və bundan sonara da yazacam.

Baxış mövqeyim belədir.Azərbaycan günü-gündən inkşaf etmiş,demokratik dövlətdir.İnsan hüquqları yetərincə qorunur. Hər şey qanun çərçivəsində həyata keçirilir. Azərbaycan son 20 ildə böyük nailiyyətlərə malik olub və olur. Bunu danmaq olmaz. Azərbaycan indi regionun həm siyasi, həm də iqtisadi baxımından yüksək təbəqəsində yerləşən ölkədir. Ulu öndərimiz Heydər Əliyevin qoyub getdiyi demokratik xətti üzərində hərəkət etdiyimiz üçün indi bu böyük nailiyyətlərə sahibik.Və ən əsası Heydər Əliyevin yolunu gedən prezident İlham Əliyevin nailiyyətləri Azərbaycana böyük uğurlar qazandırdı.

Azərbaycanın həm daxildə, həm də xaricdə mövqeyi çox güclüdür. İntaası bu uğurlara, bu nailiyyətlərə palçıq atmaq istəyənlər var. Bir ata sözü var, “Getdiyin yol doğru yoldursa,o yolda sənə hürən çox olacaq”. Əgər fikir verirsinizsə, son zamanlar Azərbaycan hakimiyyətinə həm daxildən, həm də ki xaricdən təzyiqlər artır. Bunlar Azərbaycanın inkşafını istəməyənlər, hakimiyyətin uğurlarını və nailiyyətlərini həzm edənməyənlərdir. Xaricdən hakimiyyətə təzyiq edənlər, daxildəki “maşaları”nıda işə salırlar.
9 noyabr Bayraq Günündə müxalifət mitinq keçirtdi. Mitinqdə siyasi məhbusların azadlığı, mətbuata təzyiqlərə son qoyulması və s. şüarları səsləndi. Azərbaycanda siyasi məhbus yoxdur! Dələduz məhbuslar var! Başqalarına maşa olan məhbuslar var! Düşmənə çalışan,vətənə xəyanət edənlərin yeri məhbəs yox,ölümdür! Müxalifət hər dəfə meydana çıxaraq, olmayan çəkisini daha da azaldır. Mən hesab edirəm ki, Azərbaycanda müxalifət var, amma müxalifətdə olan yoxdur.

Bildiyiniz kimi, iki vətəndaşımız ermənilər tərəfindən girov götürülmüşdür.Və hələ də əsirdilər. Dilqəm Əhmədov və Şahbaz Quliyev. Müxalifətin gücü çatmadı ki, bu iki vətəndaşımızın azadlıqlarını 9 noyabr və öncəki mitinqlərdə tələb etsin! Leyla Yunusun azadlığı sizə Dilqəm və Şahbazdan dahamı vacibdir?! Hər gün müxalifət qəzetlərində “Vicdan məhbuslarına azadlıq”adı altında Leyla Yunusun rəsmini verə bilirsiz, Şahbaz və Dilqəmin rəsimlərini niyə vermirsiz?!

Bax elə buna görə də xalq sizə inanmır və inanmayacaqda! Xaricdən gələn tələblər və əmrlər üzərinə addım atdığınız üçün, iki girovumuzun azadlığınını tələb etməməyinizin bir çox səbəbləri var. Amma mən birini deyim. Çünki iki girovumuzun azadlığına Amerika və Qərb biganə yanaşır.Olar bu iki vətəndaşımızın ermənilərin girovluğundan azad edilməsi yox, Azərbaycanda xaos və qarışıqlıq yaratmaq üçün çabalayırlar.Sizdə olara yardım edirsiz.

Müxalifət hakimiyyətə xaricdən gələn təzyiqlərə sevinir. Onu da mətbuatda geniş formada yayır.Sanki xaric bunları “ağ günə” çıxardacaq. Amma dövlətimiz bu cuzi oyunlara baxmayaraq, daima inkşaf etməkdə davam edir. Çünki güclüdür… Bu gücü də xalqdan alır. Və heç vaxt yıxılmayacaq! Biz hakimiyyətlə yox, torpaqlarımızın 20 faizini işğal edən erməni işğalçı dövlətinə qarşı savaşmalıyıq.İşğal olunmuş torpaqlarımızı necə azad edəcyimizi düşünməliyik.Və buna görə də, yalnız birlikdə olmalıyıq!

LEAVE A REPLY