Arvadı prezidentə internetdən istifadəni qadağan edib

0
8

Arvadı prezidentə internetdən istifadəni qadağan edib

Özbəkistan prezidenti İslam Kərimovun nəvəsi bəyan edib ki, onun babasına ölkədəki situasiya ilə bağlı doğru məlumat almaq imkanı verilmir.

Nəvə İslamın sözlərinə görə, dövlət başçısının arvadı prezidentin İnternetdən istifadəsinin əleyhinədir. “O, (prezident) bir dəfə mənə dedi:

“Mən İnternetə girmək istəyirəm, mənə kompüter lazımdır”. Mən ona İnternetə daxil olmağı öyrətdim”. Onun sözlərinə görə, bundan sonra nənəsi onu çağıraraq deyib: “O, əgər hər şeyi oxuyacaqsa və hər şeydən xəbərdar olacaqsa, nə baş verəcək? Biz onda nə edəcəyik?”

Nəvə İslam növbəti dəfə babasının yanına gedərkən görüb ki, İnternet xətti modemdən çıxarılıb, nənəsi isə babasını İnternetin işləmədiyinə inandırmaq istəyib.

LEAVE A REPLY