Toyuğun ağ əti qaraciyər xərçənginin qarşısını alır…

0
7

Toyuğun ağ əti qaraciyər xərçənginin qarşısını alır…

alt=”Toyuğun ağ əti qaraciyər xərçənginin qarşısını alır… ” title=”Toyuğun ağ əti qaraciyər xərçənginin qarşısını alır… ”
Qaraciyərinizi qorumaq üçün toyuq ətini qida rasionunuzda bol edin! Alimlərin yeni araşdırmaları bunun vacib olduğunu təsdiqləyir.

Toyuq ətinin qırmızı ətdən (mal, qoyun və digər) üstün olduğunu alimlər əvvəlki araşdırmalarında da təsdiq etmişlər. Lakin Amerikalı ekspertlərin son araşdırmaları bunu birmənalı təsdiqlədi. Qırmızı ətin toksiki tərkibi və səhhətə zərərli piyi xərçəng, hipertoniya və iflic kimi təhlükələrlə qarşılaşmaq riskini artırdığı məlum idi. Yeni araşdırma isə sübut edir ki, toyuğun ağ əti (filesi) qaraciyər xərçəngi (hepatosellülar karsinoma) riskini 31 faizədək azaldır. Alimlər 1956-cı ildən 2013-cü ilədək aparılmış araşdırmaları təhlil edərək bu nəticəyə gəliblər.

Qırmızı ətdə yağ və dəmirin yüksək həcmi qaraciyər xərçənginin yaranmasına təsir edir.
Yeni araşdırma toyuq ətinin balıq ətindən də faydalı olduğunu təsdiqləyir. Balıq əti yeyənlərin qararciyər xərçəngi xəstəliyi ilə diaqnoz olunma riski qırmızı ət yeyənlərdən 22 faiz aşağıdır. Halbuki mütəmadi toyuq əti yeyənlər üçün bu risk 31 faiz azalır.

“Alimentary Pharmacology and Therapeutics” (Qida farmakologiyası və terapevtika) jurnalının son sayında dərc olunmuş araşdırmanın müəllifləri gəldikləri nəticənin insanlar üçün faydalı olacağına ümid edirlər. “Qida rasionuna müdaxilələr və həyat tərzinin dəyişilməsi ilə qaraciyər xərçənginin qarşısını almaq olar” alimlər buna əmindirlər.

Amerika Xərçəng xəstəlikləri Cəmiyyətinin məlumatına görə, bu il qaraciyər xərçəngi ilə diaqnoz olunanların sayı 33 mindən artıq olacaq. Ümumiyyətlə isə, hər il dünyada bu xəstəlikdən 600 min adam dünyasını dəyişir. Xəstəliyə yoluxanlar arasında kişilərin sayı qadınlara nisbətən daha çoxdur.

LEAVE A REPLY