Putin dünya liderləri arasında birinci oldu

0
1

Putin dünya liderləri arasında birinci oldu

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın nüfuzlu “Forbes”jurnalının tərtib etdiyi dünyanın ən güclü siyasətçilərinin reytinq cədvəlində növbəti dəfə ilk yeri tutub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə məlumat jurnalın rəsmi internet səhifəsində yerləşdirilib.

“Forbes” jurnalının ABŞ versiyasının hazırladığı reytinq cədvəlində ilk yeri Rusiya prezidenti Vladimir Putin, ikinci yeri ABŞ prezidenti Barak Obama, üçüncü yeri isə Çin Xalq Respublikasının sədri Sədri Si Tszinpi tutub.

Növbəti yerlərdə isə Roma Papası Fransisk və Almaniya kansleri Angela Merkel qərarlaşıblar. Qeyd edək ki, keçən il də “Forbes”in reytinq cədvəlində ilk üç yeri Rusiya, ABŞ və Çin liderləri tutub.

LEAVE A REPLY