Prezident İlham Əliyev Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirini qəbul edib

0
7

Prezident İlham Əliyev Böyük Britaniyanın Avropa məsələləri üzrə nazirini qəbul edib

AzərTAc bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonu qəbul edib.

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla vurğuladı.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə olduğu bildirildi, iqtisadi əməkdaşlıq sahəsində energetikanın prioritet təşkil etdiyi vurğulanaraq bu istiqamətdə Böyük Britaniyanın bp şirkətinin Azərbaycanın əsas tərəfdaşı olduğu qeyd edildi, mühüm infrastruktur layihələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edildi.

LEAVE A REPLY