Əbədi gəncliyin sirri açıldı

0
5

Əbədi gəncliyin sirri açıldı

Harvard Universitetinin tədqiqatçılar qrupu təbii zülallar və molekullar sayəsində qocalmağa cavabdeh olan genləri söndürə biliblər. Alimlər qocalıq genlərini deaktiv etdikdən sonra gənclik genlərini qüvvətləndiriblər.

Hələ ki, araşdırma siçanlar üzərində aparılıb, ancaq bu, əbədi gənclik yolunda atılmış böyük addımdır.

Tədqiqatçılar qrupunun rəhbəri Devid Sinkler deyir ki, gənclik genləri düzgün aktivləşdirilərsə, onların çox güclü effekti olur. Hətta gəncliyi geri qaytarmaq da mümkündür. “Laboratoriya siçanlarına NMN molekulları yeridildikdən bir həftə ərzində onlarda qocalma prosesi dayanıb”, – o əlavə edib.

Alimin sözlərinə görə, bu metod sayəsində cavanlıq eliksiri yaratmaq mümkündür.

LEAVE A REPLY