Təhlükəsizliyin ən yaxşı təmin edildiyi ölkələr…

0
1

Təhlükəsizliyin ən yaxşı təmin edildiyi ölkələr…

Təhlükəsizliyin ən yaxşı təmin edildiyi ölkələrin siyahısı açıqlanıb.

Bu barədə Legatum İnstitutu hesabat yayıb. Siyahıda Azərbaycan 79, Gürcüstan 80, Ermənistan isə 95-ci yerdə qərarlaşıb.

Reytinqdə post-sovet ölkələrindən ən yüksək nəticə Litva və Latviyaya (42 və 44 ) məxsusdur.

Digər MDB ölkələrinin reytinq cədvəli isə aşağıdakı kimidir:

Belorusiya – 53
Qazaxıstan – 55
Ukrayna – 63
Rusiya – 68
Qırğızıstan – 74
Moldova – 89
Tacikistan – 94

Norveç, İsveçrə və Yeni Zellandiya ümumdünya reytinqində ilk üçlükdə yer tutur. İlk onluqda həmçinin Danimarka, Kanada, İsveç, Avstraliya, Finlandiya, Hollandiya və ABŞ var.

Qeyd edək ki, siyahıya 142 ölkə daxil edilib. Siyahı tərtib edilərkən iqtisadiyyat, təhsil, səhiyyə, təhlükəsizlik orqanları və ictimai kapitalın azadlığı kimi nüanslar qeydə alınıb.

LEAVE A REPLY