“Samsung” və “Microsoft” arasındakı dava böyüyür
Dünyanın iki nəhəng şirkəti arasında mübahisə daha da böyüyür.
ABŞ-ın nəhəng texnologiya şirkəti “Microsoft” bu ilin əvvəlində “Samsung” şirkətini məhkəməyə vermişdi.
“Microsoft”un iddiası isə bu idi ki, “Samsung” ağıllı telefonların istehsalı zamanı istifadə etdiyi funksiyalara görə “Microsoft”a müəllif hüquqları ödənişləri etməyib.
Bu iki şirkət arasındakı mübahisə ciddi dəyərləndirilməsi də hər keçən problemin daha da böyüdüyü üzə çıxıb. “Microsoft” “Samsung”la bir sıra layihələrdə bərabər işlədiyi üçün problemin tez həll olunacağı gözlənilsə də hələlik geri addım atmır.
Cənubi Koreya şirkəti “Samsung” isə ödəmələri etməməsinin səbəbini belə izah edir. Şirkət hesab edir ki, “Microsoft” 2011-ci ildə “Nokia” şirkətinin telefon hissəsini alaraq müqaviləni pozub. “Samsung”un iddiasına görə “Microsoft” “Nokia”nı almamalı idi.
Hələlik məhkəmə prosesi davam edir.