Fərqli həyatlar.

0
8

Qüdrət Əzizov

Fərqli həyatlar.

Ceyms Deanın əla bir sözü var: “Sanki heç ölməyəcəkmiş kimi xəyal qurmaq, sanki bu gün öləcəkmiş kimi yaxşı yaşamaq lazımdır…”
İnsanın bu dünyada itirəcəyi ən böyük şey nədir? Bu sualın cavabı sahib olduqlarımız deyil, sahib olmadıqlarımız və hələ çata bilmədiklərimizdir. İnsanın həyatı, keçmişdən gələcəyə doğru uzanan fikir kontaktları üzərində qurulmuşdur. Bu fikir əlaqələrini keçmiş həyatımızdakı sahib olduqlarımız tutarkən, gələcək hissəsini xəyallarımız tutur. Məhz xəyalımızı itirdiyimizdə fikir ipləri, bağları körpünün qırılan ayağıyla birlikdə suya düşərlər. Bu səbəbdən itirəcəyimiz ən böyük şey, gələcəklə bağlı xəyallarımızdır. Keçmişdə sahib olduqlarımız onsuz da keçmişdə bunları yaşadığımız üçün heç vaxt itməyəcək. Amma gələcək xəyallarımız saysız-hesabsız dəyişmələrə bağlı olduğundan asanca əlimizdən itib gedə bilər.
İndiki dövrdə demək olar ki, tamam başqa fikirlər,düşüncələr formalaşıb. Belə desək, yeni gənclik çox dəyişib. Bu dəyişiklik pis yöndə də var, yaxşı yöndə də. Lakin hər kəsə bəllidir ki, bizim millətin əksər nümayəndələri yaxşının qədrini gec bilir. Son bir həftə ərzində cəmiyyəti məşğul edən əsas xəbərlərdən biri və elə birincisi bacının öz doğma bacısını amansızlıqla qətlə yetirməsi oldu. Bacısının cinsi azlıq nümayəndəsi olduğu üçün bu hərəkəti törətdiyini vurğuladı qatil bacı. İndi biz bilmirik bu həqiqətdi, ya yox.
Əvvəla onu qeyd edək ki, son dövrlər cinsi azlıqların nümayəndələri geniş vüsət alıb. Bu tip gəncləri söymək, döymək, onalara qarşı nalayiq hərəkətlərə yol verməyi də düzgün qiymətləndirmirəm. Çünki onlar öz həyatlarını yaşayır, necə deyərlər “həyat hər kəsi öz rəngində sevir”.
Əslində azlıqlara cəmiyyət neqativ yanaşır və onları qəbul etmir. Seksual azlığı ataq bir kənara. Məsələn, bir nəfər vergili doğulur. Yəni o, insanın hansısa əlamətlərindən gələcəyini görə bilir və bunu deyir. Amma hamımız buna şübhə ilə yanaşırıq, deyirik ki, yalan deyir, belə bir şey ola bilməz. Hətta onunla salamlaşmağı, münasibət qurmağı çoxlarımız özümüzə yaraşdırmırıq. Şair var ki, istedadı bütün dünyanı silkələyir, lakin yaşadığı cəmiyyətdə onu qəbul etmirlər, yalnız öləndən sonra qiymətini verirlər. Cəmiyyət belədir, növündən asılı olaraq azlıqlar qəbul olunmur. Cəmiyyət azlıqlara, çoxluqlara ayrılmasın və bütöv cəmiyyətdə hərənin öz şəxsi həyatını yaşaması mümkün olsun.
Məlumatı olmayan insanlara xatirlatmaq istəyirəm ki, körpə doğulanda 46 cüt xromosomda qız hormonlarının sayı artdığına görə oğlanda qızlaşma prosesləri gedir və son nəticədə o homoseksuala çevrilir. Amma qaldı ki, bu işi biznesə çevirənlərə gəldikdə, bəli onlara qarşı tədbir görülməlidir. Maraqlıdır bu işləri pul üçün yox kef üçün edənlər də var.
Diger məsələ isə bir çoxları bunun xəstəlik olduğunu söyləyir. Əgər belədirsə, niyə quş qripinin, donuz qiripinin, ebolanın müalicəsi tapıldı da, bu dərdin dərmanı illərdi tapılmır?
Əsas odur ki, gəncliyimiz yaxşı yöndə irəli getsin. Avropaya cinsi azlıq nümayəndəsi kimi yox, savadlı şəxsiyyətlər kimi inteqrasıya edilsin, çünki bir türk gənci bütün dünyaya bədəldi. Biz gənclər birdə gənc olmuyacağıq, həyatımız birdə geri qayıtmayacaq. Axıb gedən vaxtdan səmərəli istifadə edək, gəncliyimizi itirməyək.

LEAVE A REPLY