Bu xəmir hələ çox su aparacaq…

0
7

Seymur Süleymanov

Bu xəmir hələ çox su aparacaq…

AKPnin “Yeni Türkiyə”si artıq öz bəhrəsini verir. Hakimiyyət Türkiyəni getdikcə bataqlığa sürükləyir.Zənnimcə, Türkiyə qarşıda baş verəcək proseslərdə heç də uğur qazana bilməyəcək. Baş verən hadisələr bunu yazmağa imkan yaradır. Artıq Türkiyə regionda nüfuzdan düşmək ərəfəsindədir.
Kobani artıq Türkiyənin ən böyük başlıca problemlərindən birinə döndü.Türkiyə,Kobani hadisələrində əla mövqedə dayanmışdır.Ta ki, Amerikanın Kobani'də İŞİD terror qruplaşmasına qarşı savaşan,YPG terror qruplaşmalarına silah yardımı edənə qədər.Təkcə PYD'yə yox,eyni zamanda İŞİD'ə də yardım edənə qədər.Türkiyə gözləmə mövqeyindən çıxdı.Amerika iki üzlü siyasətini buradada işə saldı. Amerika həm İŞİD'ə,həmdə ki PYD'yə silah yardımı etdi. Axı, Amerika paylaşmağı sevən və demokratik ölkədir! Bəli, YPG-yə verilən silahların böyük bir hissəsi İŞİD'in əlinə keçdi. Bunu Amerikanın özü də təsdiqlədi.Türkiyə prezidenti Ərdoğan “PKK bizim üçün nə qədər təhlükədirsə,YPG'də bir o qədər təhlükədir” deyə açıqlama vermişdir. Belə olan halda,Amerika YPG-yə nədən yardım etdi? Sualın cavabı çox sadədir. Amerika bölgədə Böyük Kürdüstanı qurmağa can atır.Amerikanın burada qazancı neft olacaq.Amerika neftə görə çalışır.Yoxsa Kobanidə sivil qalmayıb.Əgər Kobani əldən getsə,Böyük Kürdüstanın dənizə çıxışı bağlanmış olacaqdır. Beləliklə, Kürdüstan neft və qazını ixrac edə bilməyəcək. Amerika terror qruplaşmalarına yardım etdi və qazandı. Bu hadisəyə Ərdoğanın münasibəti dəyişdi. O bu yardımı mən Amerikaya özüm təklif etmişəm dedi…

Amerika Türkiyəni arxadan vurdu. Başının üstündən işlər gördü. PYD açıqlamasında, Amerika ilə 2 ildir yaxın əlaqələri olduğunu vurğuladı. Və bu əlaqəni Waşinqtonun istəyi üzərinəTürkiyəyə söyləmədiklərini dilə gətirdilər.

Kobani hadisələrinin ilk mərhələsində,YPG lideri Salih Müslim “Türkiyədən təkcə istəyimiz bizə silah yardımı etməsidir. Əsgərə ehtiyac yoxdur”, açıqlamasını verərək,Türkiyədən silah istədiyini vurğulamışdır. İraq Bölgəsəl Kürt Yönətimi başqanı Məsut Barzani isə hökümətə “Kobaniyə yardım məqsədi ilə peşmergelərə Türkiyə üzərindən,Kobaniyə getməsi üçün koridoru açın” istəyində bulunmuşdur.Türkiyə isə YOX cavabın vermək niyyətində deyildi. Amma sonunda ABŞ Kobaniyə silah yardımı etdikdən sonra Türkiyə HƏ cavabını verdi.Türkiyə burada özü hərəkət etmədi. ABŞ-ın istəyi üzərinə hərəkət etdi. Axı Ərdoğan PYD'ni PKK ilə eyni olduğunu dilə gətirmişdi. O zaman niyə peşmergelərə izin verir? Axı YPG-yə yardım etmiş olacaq!
Sırf Əsədi devirmək üçün peşmergələrə izin verildi. Nahaq…Türkiyə gərək peşmergelərə icazə verməzdi.Türkiyə gərək Kobani məsələsində heç bir addım atmayaydı.Türkiyə düşünür ki,peşmərgə vasitəsi ilə Əsədi yığacaq. Amma bu o qədərdə asan olmayacaq. Bu iş mürəkkəbdir. Birinci, Suriya bölünsə də Əsəd hakimiyyəti dağılmayıb. İkinci,Əsədin arxasında İran və Rusya dayanıb. İki dövlət hər dəfə Əsədin arxasında olduqlarını dilə gətirirlər. Bu isə məsələnin həlli üçün nəhəng problemlərdən biridir.

İndi isə, artıq PKK peşmərgələri Türkiyə üzərindən Kobaniyə yola düşəcək. Bu isə Türkiyə üçün olduqca böyük təhlükədir.Çünki gələcəkdə qurulacaq Böyük Kürdüstan dövlətində, Türkiyənin də əli olacaq. O zaman Türkiyə etdiyi səhvi anlayacaq. Kürdüstan dövlətinin büdcəsi neft və qaz hesabına dolacaq. Kürdüstan neft və qazını birinci olaraq İsrailə satacaq. Bu hadisələrdə yalnız və yalnız Türkiyə məğlub olacaq.
Mən Türkiyəni qınamıram.Çünki o BOP-Böyük Ortadoğu Projesi'nin üzvüdür. Son zamanlar AKP içərisindən,PKK lideri Abdullah Öcalanın həbsxanasını dəyişmək fikirləri mətbuata yansımışdır.Az sonra AKP içində Öcalan'cıları yazacağam. Öcalanı villaya köçürmək istəyirlər. Çözüm Sürəci deyə-deyə Türkiyəni nə günə saldılar. Öcalanın indiki evi darısqaldır deyə başqa yerə köçürmək və hələ yanına katibə də qoymaq istəyirlər.

AKP içində PKK lideri Öcalanı “Sülh Mələyi”nə döndərənlər az deyil. Bunlardan biri Baş Nazir müavini, hazırda AKP-nin sözçüsü olan Bəşir Atalay, “Bəyənsəniz də, bəyənməsəniz də Öcalan kürdlərin lideridir” dedi.
Prezident Ərdoğanın baş müşaviri Yiğit Bulut, “Öcalan Yaxın Şərqdə Türkiyənin qabağını açır” dedi.
AKP-nin xarici əlaqələrdən məsul sədr müavini Yasin Aktay, “Prosesin ən önəmli aktyorlarından olan Öcalanın tələbləri normaldır, qanunidir” dedi.

Türkiyə oyuna gəlməməlidir,ama gəldi…

Bir sözlə, bu xəmir hələ çox su aparacaq!

LEAVE A REPLY