“Azərcell” fırıldaqda ittiham edilir
“Bu müəmmalı kampaniya nəticəsində, bir çox insana külli miqdarda ziyan dəyib”
Masallı rayon Çayqıraq kənd sakini Qurbanzadə Mahir Ağamalı oğlu “Millətim ” qəzetinə şikayət məktubu ünvanlayıb. O, «Azercell» şirkətinin keçirdiyi bir kampaniyada fırıldağın olduğu qənaətindədir. Şikayətçi hesab edir ki, mobil operator ona və bir çox vətəndaşlara vurduğu maddi, mənəvi ziyanın məsuliyəyini daşımalıdır. Bizə ünvanlanan şikayət məktubunu olduğu kimi təqdim edirik:
«Yay aylarında «Azercell» yeni kompaniyaya start verdi. Təzə nömrə alan, bir il ərzində 1,2,3,5,10,25 manatlıq kontur yükləsə iki artıq pay kontur alırdı və həmən pay konturun istifadə müddəti bir ay idi.
Yəni 1 il ərzində yüklədiyiniz danışıq kartının hədiyələri hər yüklədiyiniz danışıq kartının bir ayı tamam olandan sonra sıfırlanmalıydı. «Azercell» abunəçilə muqavilə bağlıyanda onu yuxarıda qeyd edilən şərtlərlə tanış edirdi.
Nömrə satışının üstündən 3-4 ay keçəndən sonra, «Azercell» pay konturun istifadə müddətini 1 aydan 7 günə endirdi. Bu cəlbedici kampaniya nəticəsində «Azercell» nömrə satışından külli miqdarda vəsait qazandı. Təəssüflər olsun ki, sonra abunəçilərinə qarşı belə bir fırıldaqla qarşılaşdı. Xatırladım ki, «Azercell»ə bağlanan muqavilədə elə bir bənd yoxdur ki, orda «nömrə satılandan sonra bu kampaniya 2 aydan sonra azalacaq» qeyd edilsin. » Azercell»in bu müəmmalı kampaniyası nəticəsində, bir çox insanlara və digər mobil operatorlara külli miqdarda ziyan dəyib. Xahiş edirəm ki, «Azercel» bu məsələyə aydınlıq gətirsin. Əks təqdirdə məhkəməyə müraciət etməli olacam».
Qeyd edək ki, bizim «Azercell» ə əlaqə cəhdlərimiz heç bir səmərə vermədi. Onların da məsələyə münasibətini dərc etməyə hazırıq.
Leyla