Arif Hacılı: “Müsavat AXCP ilə əməkdaşlıq niyyətindədir”

0
7

Arif Hacılı: “Müsavat AXCP ilə əməkdaşlıq niyyətindədir”

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı mətbuat konfransı keçirib. O, azərbaycanlı girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevə Dağlıq Qarabağdakı separatçı rejimin qurduğu qondarma məhkəmə prosesini məzhəkə adlandırıb. Onun fikrincə, girovlar mütləq azad edilməlidirlər.

Yeni başqan partiyada yaşanan qalmaqallara da münasibətini açıqlayıb. O, rəqibi Qubad İbadoğlunun Mərkəzi Nəzarət Təftiş Komissiyasına təqdim etdiyi arayışa verilən cavab barədə deyib: “Seçki kampaniyası alternativ qaydada keçib. Paritet əsasda seçki komissiyası formalaşıb. Qurultay bitib və bir aydan artıq vaxt keçib. Ona görə də bu məsələlər artıq yekunlaşdırılmalıdır”.
Arif Hacılı Müsavat Məclisinə yeni sədrin seçiləcəyi anonsunu da verib. Bununla yanaşı, başqan partiyanın zona müşavirələri keçirəcəyini da bəyan edib.

Müsavat sədri AXCP ilə əməkdaşlıq niyyətlərinin olduğun gizlətməyib. O, partiya daxilində fraksiya yaratmaq istəyənlərin nüfuzunun aşağı düşəcəyini vurğulayıb.

LEAVE A REPLY