“Qızımın qanı yerdə qalmadı”
alt=”"Qızımın qanı yerdə qalmadı"” title=”"Qızımın qanı yerdə qalmadı"”
Sevgilisi Cem Qəriboğlu tərəfindən vəhşicəsinə öldürülən Münəvvərin atası Sürəyya Qarabulut danışıb.
Türkiyə mətbuatı xəbər verir ki, Sürəyya Qarabulut “qızımın qatilinin cəsədini görmədən ürəyim rahatlaşmıyacaq” deyib. O, Cemin intiharı haqqında “Posta” qəzetinə açıqlama verib.
“Onun intihar etməsinə inanmıram, öldürüblər. Onun canı şirindir, intihar edə bilməz. İntihar edən adam 5 il əvvəl edərdi. Cemdə vicdan deyilən şey yoxdur ki, əzab çəkib intihar etsin”.
Onun sözlərinə görə, xanımı da intihar xəbərini eşitdib “İlahi ədalət” deyib: “Hər gün “qızımın qanı yerdə qalamasın” deyə dua edirdi. Etdiyi duaların qəbul olduğunu düşünür. DNT məni maraqlandırmır . Məzarını açdırıb və cəsədini görəcəyəm”.