Polisinə elektroşok icazəsi

0
7

Polisinə elektroşok icazəsi

Azərbaycan polisinə elektroşok aparatından istifadə etməyə icazə verilib.

“Qafqazinfo” xəbər verir ki, parlamentin bu günki iclasında “Polis haqqında” qanuna dəyişiklik edilməsi məsələsi müzakirə edilərək qəbul edilib. Yeni dəyişikliyə əsasən 1. 1-ci maddənin 7-ci abzasında “əl-qolu bağlama” sözlərindən sonra “və elektroşok” sözləri əlavə edilib

2. 26-cı maddəyə aşağıdakı məzmunda III-I hissə əlavə edilsin:

“III-I. Elektroşok vasitələri bu maddənin 2-ci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

Polislərin elektroşok aparatından istifadə etməsinə millət vəkillərinin əksəriyyəti səs verib. Millət vəkili Gövhər Baxşalıyeva isə buna etiraz edib. O bu aparatdan istifadə edilməsini insanlığa yaraşmayan hərəkət adlandırıb. Deputat polisin ayaqdan tapança ilə vurmağını daha məqsədəuyğun hesab edib.

LEAVE A REPLY