Yaxın 2-3 gündə Azərbaycanda hava necə olacaq?

0
7

Yaxın 2-3 gündə Azərbaycanda hava necə olacaq?

Yaxın 2-3 gün ərzində Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb
Temperatur yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək.

Yaxın 2-3 gün ərzində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Oktyabrın 28-də gecəyə doğru və oktyabrın 29-da yarımadanın bəzi yerlərində yağış yağacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Azərbaycanın bölgələrində isə bəzi yerlərdə duman olacağı, əsasən şimal və şərq rayonlarında yağıntı olacağı gözlənilir.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında günorta saatlarında 12-15 dərəcə isti, Aran rayonlarında 10-15 dərəcə isti, dalıq rayonlarda isə 5-10 dərəcə isti olacaq.

LEAVE A REPLY