Səxavət Əlisoy Müsavat Məclisinin bəyanatını heçə saydı

0
1

Səxavət Əlisoy Müsavat Məclisinin bəyanatını heçə saydı

“Müsavat Partiyası Məclisinin bəyanatı mənim üçün önəmli deyil”. Bunu Modern.az saytına açıqlamasında Müsavat Partiyasının başqanlığa keçmiş namizədi Səxavət Əlisoy deyib.

O, Müsavat Məclisinin bəyanatına münasibət bildirərkən qeyd edib ki, partiya saxtakarlıqlar barədə şikayəti araşdırmalıdır. “Onlar bu şikayətə cavab versinlər, sonra bəyanat haqqında danışarlar”,-deyə Səxavət Əlisoy bildirib.

Qeyd edək ki, Müsavat Partiyasının Məclisi bu gün qurultayın qərarlarına etiraz edən şəxslərə qarşı bəyanat verib. Bəyanatda qurultay nəticələrinə etiraz edənlər sayğısızlıqda ittiham edilib.

Xatırladaq ki, Müsavat Partiyasında Arif Hacılının başqan seçilməsindən sonra qurum daxilində gərginlik açıq müstəvidə pik həddə çatıb. Arif Hacılıya sərt ittihamlar səsləndirənlərdən biri də başqanlığa keçmiş namizəd Səxavət Əlisoydur.

LEAVE A REPLY