Ronaldu növbəti mükafatını almağa hazırlaşır
Goal.az xəbər verir ki, Kriştianu Ronaldu noyabrın 6-da növbəti “Qızıl buts” mükafatını alacaq. Belə ki, Ronaldu ötən mövsüm Luis Suarezlə birlikdə Avropada ən sərrast oyunçu olmuşdu. Hər iki futbolçunun aktivində 31 qol var. Suarez “Liverpul”da, Ronaldu isə “Real Madrid”də bu nəticəni göstərə bilmişdi. Suarez oktyabrın 15-də mükafatı artıq alıb. İndi isə portuqaliyalı ulduz öz növbəsini gözləyir. Kriştianu karyerasının 4-cü analoji mükafatını hədəfləyir. Bu mövsüm o, Avropanın ən məhsuldar futbolçuları arasında 2-ci pillədədir. O, Estoniyanın “Sillamae” klubunda çıxış edən Kabayevdən 1 qol geri qalır.