Qətər vəhhabilərlə əlaqəsini ABŞ-la razılaşdırdığını dedi
İŞİD-i maliyyələşdirməyimiz haqqında yayılan heç bir xəbər reallığı əks etdirmir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Qətər Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.
Məlumatda ölkənin yalnız Mərkəzi Kəşfiyyat İdarəsi və digər xüsusi xidmət orqanlarının razılığı ilə radikal olmayan üsyançılara yardım etdiyi bildirilib. Həmçinin Qətər hökumətinin xərcləri ciddi şəkildə nəzarətdə saxladığı da deyilib.