İranda namusunu qoruduğu üçün edam edilən qadının son arzusu…

0
7

İranda namusunu qoruduğu üçün edam edilən qadının son arzusu…

İranda keçmiş ETTALAT əməkdaşını öldürməklə günahlandırılan və iki gün öncə edam edilən 26 yaşlı Reyhaneh Cabbarinin anasına yazdığı son məktubu üzə çıxıb.

2007-ci ildə onu zorlamaq istəyən ETTALAT əməkdaşını öldürməkdə ittiham edilən və 2009-cu ildə barəsində edam hökmü çıxarılan Reyhaneh Cabbari anasına yazdığı məktubda son arzusunu çatdırıb.

Gənc qadın məktubda edamdan sonra orqanlarının ehtiyacı olan insanlara bağışlanmasını istəyib.

“Xahiş edirəm, məhkəməyə müraciət et və onlara salamımı çatdır. Mən asılandan sonra ürəyim, böyrəklərim, gözlərimin və bütün orqanlarımın bağışlanmasını istəyirəm. Orqanlarımın verildiyi ehtiyaclı insanlardan heç bir təşəkkür istəmirəm”.

Qeyd edək ki, Cabbari, 2007-ci ildə Morteza Sarbandiyi adlı keçmiş kəşfiyyat işçisini (ETTALAT) öldürmək ittihamı ilə həbs olunmuş , 2009 cu ildə edama məhkum edilmişdi.

Son iki ayda təcrid edilən Cabbariyə bu müddət ərzində vəkili və yaxınları görüş icazə verilməmişdi.

Məhkəmədə ofisini dekore etmək üçün yanına getdiyi Morteza Sarbandinin ona təcavüz etmək istədiyini, bu zaman özünü qorumaq üçün, onun kürəyindən bir dəfə bıçaqla vurduğunu qəbul edən Jabbari, həmin vaxt ofisdə olan başqa bir kişinin Sarbandini öldürdüyünü bildirib.

Sarbandinin ailəsi isə cinayətin planlı olduğunu iddia edirdi.

Beynəlxalq Amnistiya Təşkilatı isə edam cəzasının dayandırılmasını və məhkəmənin yenidən keçirilməsini tələb edirdi.

İnsan haqları təşkilatları da Cabbarinin ifadəsinin iranlı prokurorların təhdid və təzyiqləri nəticəsində alındığını və məhkəmənin yenidən başlanması tələbini irəli sürmüşdülər.

Sosial mediada Cabbarinin edamının təxirə salınması üçün ötən ay başlanılan kampaniya icranı yalnız 10 gün gecikdirib.
Birləşmiş Millətlərə (BMT) görə, İranda bu il təxminən 250 adam edam edilib.

LEAVE A REPLY