Dəhşət: bir ailənin 3 uşağını və hamilə qızını canavar parçaladı

0
1

Dəhşət: bir ailənin 3 uşağını və hamilə qızını canavar parçaladı

Ailəsi canavar hücumuna məruz qalmış Cəlilabad rayonunun Buravar kənd sakini narazılıq edib.
Kənd sakini Yusif Şahmarov Trend-ə bildirib ki, dünən evlərinə hücum edən canavar 1 oğlunu – Vüsal və 3 qızını – Əfsanə, Aygün, Aygülü yaralayıb. Yaralılara ilk tibbi yardım Ləkin kənd xəstəxanasının həkimləri tərəfindən göstərilib. Ancaq onlar bu gün dişləməyə qarşı vaksin vurdurmaq üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gediblər.

Y.Şahmarov deyib ki, yaralılara vaksin qan analizi aparılmadan vurulub: “Qızlarımdan biri hamilədir. Mən onlara dedim ki, analizi götürün, sonra vaksin vurun ki, birdən allergiya olar. Ancaq onlar bunun üçün pul istədilər. Həm də dedilər ki, vaksin çatışmır. Növbəti 3 və 7 gün ərzində yenidən vaksinlər vurulmalıdır. Ancaq indi növbəti vaksinlərin necə vurulacağını bilmirəm. Bunun üçün gərək yuxarı qurumlara şikayət edim”.

LEAVE A REPLY