Ərdoğan: “Rusiyanın atdığı addımı tanımırıq”

0
1

Ərdoğan: “Rusiyanın atdığı addımı tanımırıq”

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Estoniya Prezidenti Tomas Hendrik İlves ilə keçirdiyi görüşdən sonra mətbuata açıqlama verib.

Axar.az xəbər verir ki, Ərdoğan Krım tatarları ilə bağlı Rusiyanın atdığı addımı tanımadığını açıqlayıb.

Krım tatarlarına hər cür dəstək göstərməyə hazır olduqlarını deyən Ərdoğan Estoniyaya təşəkkür etməyi də unutmayıb:

“Estoniyaya Krım tatarlarına göstərdiyi köməkliyə görə təşəkkür edirəm. Biz bu məsələdə Rusiya Prezidenti Vladimir Putin ilə görüşləri davam etdiririk. Çünki artıq 21-ci əsrdə məsələlər yalnız diplomatik və sülh yolu ilə həll olunur və biz bunun tərəfdarıyıq”.

LEAVE A REPLY