Xoşqədəm Hidayətqızının prodüsseri danışdı
ATV-nin “Səni axtarıram” verilişinin tanınmış aparıcısı, “Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızının türkiyəli müğənnisi Doğuşla evlənmə xəbəri yayılıb. Bu xəbərə hələlik Xoşqədəm Hidayətqızından reaksiya gəlməyib. Xəbər düzdürsə, “Səni axtarıram” verilişinin aqibətinin necə olacağı maraq doğurur.
Modern.az məsələ ilə əlaqədar “Səni axtarıram” verilişinin prodüseri ilə əlaqə saxlayıb.
Prodüser Əli Verdiyev isə məsələ ilə bağlı suallara cavab verməkdən yayınıb. “Səni axtarıram”la əlaqədar xəbərlərin yayımı üçün tez-tez Modern.az-ı narahat edən Ə.Verdiyev bu dəfə tam başqa cür danışıb.
“Verilişimiz bu həftə də öz tamaşaçıları ilə görüşə gələcək. Verilişin davamlılığına heç nə təsir edə bilməz”-deyə o bildirib.
Qeyd edəki, oktyabrın 22-də sosial şəbəkələrdə Xoşqədəm Hidayətqızının Türkiyənin tanınmış müğənnisi Doğuşa ərə getdiyi barədə məlumat geniş müzakirə mövzusu olub. Məlumat yayılarkən Doğuşun sosial şəbəkələrdə paylaşdığı fotolara istinad olunub. Bundan sonra bir çox tanınmış həmkarı da sosial şəbəkə vasitəsilə Xoşqədəm Hidayətqızını təbrik ediblər. Telefonlara cavab verməyən aparıcının özü isə xəbəri nə təsdiq, nə də təkzib edib. Bəziləri bu şəkillərin X.Hidayətqızının reklamına xidmət edən “piar” olduğu qənaətindədir.