Bəşər Əsəd ölkədə səfərbərlik elan etdi
Axar.az xəbər verir ki, Əsəd rejimi ordunun gücləndirilməsi üçün fərariləri və 35 yaşdan aşağı bütün kişiləri orduya çağırıb.
Hərbidən qaçan minlərlə insanın rejim qüvvələri tərəfindən həbs olunduğunu yazan qəzet hökumətin 1980-1990-cı illərdə anadan olmuş bütün kişilərin aşkar olunaraq orduya təhvil verildiyini bildirib.
Təkcə bazar ertəsi Dəməşq və Hamada həyata keçirilən əməliyyatlarda 1500 nəfərin saxlanılaraq orduya göndərildiyi qeyd olunub.
Dəməşqdən qaçan Əbu Kefah adlı şəxs qəzetə verdiyi açıqlamasında fərarilərə qarşı keçirilən əməliyyatların hər gün getdikcə artdığını deyib.
Qeyd edək ki, Suriya Konstitusiyasına görə, ölkədə hərbi xidmət məcburidir və əsgərlik yaşına çatan hər kişi 18-20 ay müddətində hərbi xidmət keçməlidir.
Lakin 3 il əvvəl başlayan vətəndaş müharibəsinə görə, hərbidən tərxis olunmalar təxirə salındığı üçün fərarilik artmışdı.