Əhməd Davudoğlu: “Türkiyə İŞİD-ə qarşı ordu göndərməyəcək”
“Türkiyə İŞİD-ə qarşı ordu göndərməyəcək.
Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
Baş nazir Kobani də daxil olmaqla Suriyanı dünya dövlətlərinin geosiyasi oyununda şahmat fiqurlarına bənzədib.
O, Kobaniyə getmək üçün İraqdan gələn kürd yaraqlarının ölkə sərhədlərindən keçərək Suriyaya getməsinə icazənin verilməsini Türkiyənin Kobaniyə yardımı kimi dəyərləndirib.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə «İraq və Şam İslam Dövləti» (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda «İslam Dövləti» İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində «İslam Xilafəti» yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.