Şabranda rüsvayçılıq: kişi arvadını qaçıranı axtarır
Şabran rayonunda gərginlik yaşanır.
Rayonda evli bir gəncin ailəli bir qadını qaçırması əhalini qəzəbləndirib. Onların Şabranın Uzunboyad kənd sakinləri olduğu deyilir. Hər ikisinin övladları var.
Məlumatda bildirilir ki, hazırda qızın həyat yoldaşı onları axtarır və bu hadisə kənddə böyük gərginliyə səbəb olub. Kənd sakinləri bu rüsvayçı hadisəyə görə, qadını qaçıran şəxsi Uzunboyaddan qovmağa hazırlaşırlar.
Qeyd edək ki, son dövrlər ölkədə ailə-məişət zəminində müxtəlif hadisələr baş verir. Xüsusilə də qısqanclıq zəminində qətllər, atanın övladının başını kəsməsi, oğulun anasını bıçaqlaması, qardaşın bacını boğub öldürməsi və s. kimi cinayətlərin sayı artmaqdadır.