Emin Azərbaycan dilini öyrənmək istəyir
Müğənni-bəstəkar Emin Rusiyanın “woman.ru” saytına müsahibə verib.
İfaçı yeni layihələrindən, sənətindən, övladlarından bəhs edib.
O, bu yaxınlarda konserti ilə bağlı məşqlərinin sevənləri tərəfindən internet vasitəsilə canlı izləməsindən danışıb. Emin məşqdə pərəstişkarlarının istədiyi mahnıları səsləndirib: “Still”, “Run”, “Wonder”.
Azərbaycanca bilməməyindən şikayətlənən Emin doğma dilini öyrənməyi çox istəyir. O, oğlanlarının ondan fərqli olaraq bu dili bildiyini deyib.
“Həyatdakı bütün arzularım, planlarım və ümidlərim oğlanlarımla bağlıdır. 35 yaşıma kimi əldə etdiyim ən dəyərli şey övladlarımdır. Biznesə gəldikdə isə işimdən çox razıyam. Məktəbdə oxuyarkən rus dili dərslərinə nifrət edirdim. Ona görə də hələ də yazanda səhvlər edirəm” söyləyən Emin qadınlarla bağlı suallara isə belə cavab verib:
“Tanıdığım ən peşəkar qadınlardan biri “kainat gözəli” Olive Kalpo olub. O, çox istedadlıdır. Hətta bu yaxınlarda müğənnilik də edəcək. Ona işlərində uğurlar arzulayıram. Qadına baxanda mən yalnız hisslərə diqqət edirəm. Məsələn, musiqiyə qulaq asanda gitara və skripkanın necə səsləndiyinə fikir verirəm. Hisslər daha önəmlidir”.