Azərbaycanda hava dəyişəcək

0
3

Azərbaycanda hava dəyişəcək

Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişəcəyi, axşama doğru isə daha da kəskinləşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq və axşam daha da şiddətlənəcək. Güclü küləkli hava şəraiti oktyabrın 20-si gündüzədək davam edəcək. Arabir yağış yağacağı, gecə saatlarında bəzi yerlərdə intensivləşəcəyi ehtimal olunur.

Havanın temperaturunun oktyabrın 19-u günün birinci yarısında 20-25 dərəcə isti təşkil edəcəyi, axşam saatlarından başlayaraq kəskin, 10-12 dərəcə aşağı düşəcəyi, oktyabrın 20-də isə gecə və gündüz saatlarında 10-14 dərəcə isti olacağı gözlənilir.

Respublikanın rayonlarında isə oktyabrın 19-da şimal və qərb bölgələrindən başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı keçəcəyi, bəzi rayonlarda intensiv olacağı gözlənilir. Oktyabrın 19-dan 20-si gündüzədək güclü qərb küləyi əsəcək.

Havanın temperaturu oktyabrın 19-u axşamdan başlayaraq oktyabrın 20-də ötən günlərlə müqayisədə 8-12 dərəcə aşağı düşəcək.

LEAVE A REPLY