ABŞ mətbuatı: “Rusiya ilə razılaşdıq”

0
3

ABŞ mətbuatı: “Rusiya ilə razılaşdıq”

“ABŞ Rusiya ilə əlaqələrdə yeni bir üsul axtarır və ikitərəfli əlaqələri yaxşılaşdırmağa çalışır”.

Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın nüfuzlu “Nyu York Tayms” qəzeti çıxış edib.

Qəzetin məlumatına görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Con Kerri arasında baş tutan görüşdən sonra hər iki dövlət İŞİD-lə mübarizədə razılığa gəlib.

Ağ Evin yalnız altı ay əvvəl Rusiya Prezidenti Vladimir Putini təcrid etməyi düşündüyünü bildirən dərgi bu razılıqdan sonra ABŞ hərbi qüvvələrinin İraq və Suriyaya girəcəyini istisna etməyib.

Xatırladaq ki, Kerri Lavrov ilə görüşündə iki ölkə arasında fikir ayrılığı olduğunu desə də, müəyyən mövzularda həmfikir olduqlarını da gizlətməmişdi: “Ukrayna mövzusunda ABŞ ilə Rusiya arasında fikir ayrılığı olduğu sirr deyil. Başqa ölkələrlə olduğu kimi Rusiya ilə ABŞ arasındakı əlaqələri möhkəmləndirmək üçün tədbirlər görməliyik”.

LEAVE A REPLY