Xilafət, yoxsa Yaxın Şərqdə neft üzərindəki mübarizənin yeni təzahürü?

0
3

Xilafət, yoxsa Yaxın Şərqdə neft üzərindəki mübarizənin yeni təzahürü?

Hələ keçən il İraq neftinin bölüşdürülməsi üstündə Şimali İraq kürd idarəsi ilə mərkəzi hökumət arasında ciddi fikir ayrılıqları meydana çıxmağa başladı. Burda mübahisəli məsələ sadəcə Şimali İraq neftinin hasilatının bölüşdürüləsi deyil, həm də xam neftin ixrac marşrutları üzərində idi. Bərzani öz paylarına düşən nefti israrla Kərkük- Yumurtalıq xətti ilə dünya bazarlarına çıxarmaq istəyir, Bağdad isə bunun qarşısını ala bilmək üçün hər yola əl atırdı. İş o yerə gəlib çatdı ki, Yumurtalıqda İraq nefti ilə dolan tankerin hərəkət etməsi halında Türkiyə ilə münasibətlərə yenidən baxacaqlarını bəyan edən İraq xarici işlər nazirliyinin notasından sonra Türkiyə Enerji naziri Tələt Yılmaz çıxış edərək Mərkəzi İraqın rəsmi icazəsi olmadan Yumurtalıqdan heç bir satışın gerçəkləşdirilməyəcəyi barədə bəyanat verdi.
Təqvim yarpaqları bu ilin əvvəllərini göstərdiyində Adana, Hatay və Qaziantepdən Suriya istiqamətində hərəkət edən tırlar və eyni zamanda bir neçə sərnişin avtobusu prokurorluq sanksiyası ilə saxlanıldı. Yük avtomobilləri və avtobusların yük bölmələri tamamilə silah sursatla dolu olduğu ortaya çıxdı. Doğrudur bu avtomobilləri saxlayan jandarma və prokurorluq əməkdaşlarının başına gəlməyən qalmayacaqdı. O məmurların başqa vilayətlərə sürgün edilməsindən sonar isə, maraqlıdır ki, yerlərinə gələn polis müdürləri, jandarma və prokurorluq əməkdaşları daha bənzər hadisələrlə qarşılaşmadılar.
Türk nazirləri hər nə qədər yükün silah olduğunu inkar edərək əksinə türkmənlərə insani yardım apardığını isbat etməyə çalışsalar da, mediaya düşən görüntülər bunu təkzib edəcək səviyyədə idi. İsrarla suallardan qaçan nazirlər çox vaxt yüklər haqqqında heç bir açıqlama vermir, bu yüklərin sadəcə dövlət sirri olduğunu və bu səbəbdən açıqlaya bilməyəcəklərini vurğulayırdılar.
Sonunda bu silahların hara getdiyi və hansı terror qrupunun əlinə düşdüyü barədə keçən yazılarımızın birində məlumat vermişdik. Bu yay adını dəyişdirərək İraq və Şam İslam dövləti qoyan, az sonra isə islam xilafəti olaraq yeniləyən terror quruplaşması sürətlə İraqın neftlə zəngin torpaqları və Suriyanın şimal və şimal qərb hissəsində yayıldı. On minlərlə ifadə edilən aktiv döyüşçü sayına çatan hərbi gücü ilə nəinki digər terror təşkilatları, hətta İraq və Suriya nizami ordu hissələri ilə döyüş əməliyyatlarına girə biləcək səvviyəyə çatmışdır. Çox vaxt bu döyüşləri qazanan İŞİD son həftə içində önəmli itkilər verməkdədir. Həftə sonu Şimali İraqdakı döyüşlərdə iki İraq hərbi helikopterini vurmasına baxmayaraq, altı texnika və yüz on beş nəfər canlı qüvvə itirən terroristlər Suriya ərazisindəki Kobani şəhərində də önəmli irəliləyiş əldə edə bilməyiblər. Doğrudur, bunun əsas səbədi Kobanidə dirənişi təşkil edən kürd terroristləri deyil, keçən həftədən başlayaraq hər keçən gün şiddətini artıraraq davam edən Nato qüvvələrinin hava hücümlarıdır. Daha son istirahət günü İŞİD liderlərindən Əbu Müslüm bəyanat verərək artıq Kobaninin yetmiş faizinin onların nəzarətində olduğunu bildirmişdi. Amma üzərindən çox keçmədən, həftənin ikinci günü Kobaninin Qərb isdiqamətində hücüm edən İŞİD qüvvələri ilk geriləməni yaşadılar. Bunun səbəbi Hatib Diclənin bir ay öncə vurğuladığı “gərəkirsə Stalinqrad savunması təşkil etməliyiz” sözünün həyata keçirilməsi və İŞİD-ə qarşı bir başqa terrorist qruplaşma olan PYD-nın qəhrəmanca müqavimət göstərməsi deyil, sadəcə İŞİD dəstələrinin başlarına ara vermədən yağan Amerikan bombaları və tanklarının məsafədən idarə olunan raketlərlə məhv edilməsidir.
Hər şeyə rəğmən Kobanini işğal etmək fikrindən vaz keçməyən İŞİD çərşənbə axşamı minalanmış yük avtomobilləri vasitəsilə altı intihar hücumu təşkil edib. Bu intihar hücumlarında iştirak edən altı kamikadzedən birinin kürd olması da ayrıca diqqətə layiq faktdır.
Kobani nədən bu qədər əhəmiyyətlidir? Niyə digər yaşayış məntəqələrində, məsələn Mosulda Stalinqrad müdafiəsi təşkil olunmadı, məhz Kobanidə təşkil olunur?
Öncə məsələyə İŞİD tərəfindən baxaq. Bu terror təşkilatı Kobaninin işğalı ilə İraq və Suriyanın Türkiyə ilə bütün sərhəd bölgələrini nəzarət altına alaraq şimal sərhədlərinin təhlükəsizliyini təşkil etmək istəyir. İŞİD-in idarəçiləri Türkiyədən təhlükə gəlməyəcəyini düşünməyə müəyyən qədər haqlıdırlar. Belə düşünməyə bizi ilin əvvəllərində Suriya istiqamətində gedərək İŞİD-in əlinə düşdüyündən bəhs edilən tırlar dolusu silahlar, bəzi türk nazirlərinin İŞİD-lə mənafelərinin eyni nöqtələrdə, məsələn, neft üzərində köklənməsi barədə gəzən söz-söhbətlər və nəhayət Mosul baş konsulluğu çalışanlarının əsirlikdən qurtarılması zamanı baş verən dəyiş-toquş haqqında gəzən söyləntilər məcbur edir. Bütün bunlardan əlavə bəzi yaralı İŞİD liderlərinin Türkiyəyə gətirilərək müalicə olunması da belə düşünməyə əsas verir. Bir də başqa məsələ var, “düşmənimin düşməni, mənim dostumdur” pirinsipi ilə məsələyə yaxınlaşsaq İŞİD-in hələ ki, Türkiyənin maraqları üçün nəinki təhlükə törətmədiyini, hətta kürd terror təşkilatlarının başını qataraq güvənliyinə töhfə verdiyini düşünə bilərik. Təbiidir ki, bütün bunları analiz etmə qabiliyyətində olan PYD, PKK və onların şəhər təşkilatlanması olan KCK Kobani döyüşləri başladığından bu yana məsələnin nə qədər ciddi olduğunu anlayaraq dövləti Kobanidəki kürd ünsürlərinə dəstək verməyə məcbur etmək üçün nümayişlərə, barbarca önlərinə keçən ictimai binaları yandırıb yaxmağa başlamışlar. Vandallıqları bununla da bitməyən kürdlər ən az beş polisi şəhid etmiş, ayrıca İŞİD-i dəstəklədiyini bildirən bir tələbəni döyərək öldürmüşlər. Bu hadisələrdə 1285 nəfər həbs edilmiş, 183 nəfər yaralanmış, 35 nəfər isə öldürülmüşdür.
Türkiyədə yaşayan kürdlərin barbarlıq və sosial media təzyiqləri vasitəsi ilə edə bilmədiklərini artıq ABŞ bacarmışdır. Belə ki, həftə başından bu yana Kobanidəki bombardmanları həyata keçirən ABŞ təyyarələrinin incirlik hərbi bazasından qalxdığı açıqlanmışdır. Ayrıca gəzən söz-söhbətə görə AKP höküməti əgər ABŞ istərsə öz ərazisindən quru əməliyyatları üçün istifadə edə biləcəyini də bildirmişdir. Bütün bunları ABŞ dövlət katibi Con Kerri də son bəyənatında təsdiqləmişdir. ”Türkiyə bizə öz ərazisindən istifadə etməyə icazə verdi”. Türkiyə ilə İŞİD-in münasibətlərinin hansı yönə doğru inkişaf edəcəyi barədə hələlik bir söz deyə bilmərik, bunu tarix və AKP ilə İŞİD arasında atılacaq qarşılıqlı addımlar göstərəcək.
Kobaninin kürdlər üçün daha çox simvolik əhəmiyyəti vardır. Belə ki, iki il öncə başladılan “çözüm” sürəcində Abdullah Öcalanın istəyi ilə Suriya torpaqlarındakı Kobani pilot bölgə seçilmiş və gələcəkdə Cənub-Şərqi Anadoluda həyata keçiriləcək siyasi idarəetmə modelinin sınağına başlanmışdır. İndi Kobaninin İŞİD tərəfindən işğalı sadəcə bir kürd şəhərinin işğalı demək deyil, həm də kürdlərin liderinin altına imza atdığı və onlar üçün olduqca ehəmiyyətli bir proyektin gerçəkləşmədən yarımçıq qalması deməkdir.
Son günlərdə bölgədə maraqları olan digər dövlətlər də rənglərini bəlli etməyə başladılar. Belə ki, Yunanıstan PKK-ya silah yardımı göstərəcəyini rəsmən elan edərkən, Almaniya və İngiltərə də Şimali İraq Kürd İdarəsinin silahlı qüvvələri olan peşmərgələrə hər cür təlim keçəcəklərini açıqlayıblar.
Əslində bir az irəlini görə bilsək İŞİD-in də digər terror təşkilatları kimi başqalarının oyuncağı olduğunu anlaya bilərik. Sadəcə olaraq məsələ müsəlmanın sayını öz əli ilə azaltmaq, bunu edərkən anbarlara yığılıb qalmış köhnə silah-sursatlarını müsəlmanlara sırıyaraq onlardan can qurtarmaq və beləliklə də öz silah sənayelərinin inkişafı üçün yer açmaq, ayrıca kameralar önündə baş kəsən, bazarlarda qadın satan, cahil insanların vasitəsilə müsəlmanın nə qədər cani, nə qədər barbar olduğunu dünyaya göstərməkdir. Bir düşünün, Qərb bir daşla neçə quş vuracaqdır? Bu gün dünyada kimsə Almaniyada bacı-qardaşın evliliyinin qanuniləşdirilməsindən danışmır, əksinə bunu irəli demokratiyanın təzahürü kimi görür, elə dünən Fransada qadınların diri-diri yandırılmasını da hır kıs unudub. Amma İŞİD və digər bənzəri terror təşkilatları sayəsində dünyaya müsəlman olduğu kimi deyil, göstərildiyi kimi görür…

Zaur Muradxanlı

LEAVE A REPLY