Ramiz Tağıyev: “Saxarov Azərbaycanın bir nömrəli düşməni olub”

0
3

Azərbaycanlı hüquq müdafiəçiləri ermənipərəst Saxarov mükafatından imtinaya çağırıldı

alt=”Ramiz Tağıyev: "Saxarov Azərbaycanın bir nömrəli düşməni olub"” title=”Ramiz Tağıyev: "Saxarov Azərbaycanın bir nömrəli düşməni olub"”
Ramiz Tağıyev: “Saxarov Azərbaycanın bir nömrəli düşməni olub”
“Bu o anlama gəlir ki, mükafatı qəbul edənlər Saxarov ideyalarını dəstəkləyir”

Norveç Helsinki Komitəsi (NHK) 2014-cü il Andrey Saxarov Azadlıq mükafatını Leyla Yunus başda olmaqla, Azərbaycanda həbsdə olan bir neçə hüquq müdafiəçisinə verib. Norveç Helsinki Komitəsinin (NHK) baş katibi B.Engesland deyib: “Onlar böyük cəsarət göstərir və ölkələrində ləyaqət, demokratik dəyərlər və insan haqlarının irəli aparılması üçün böyük işlər görürlər”.
Bununla bağlı yayılan press-relizdə bildirilir ki, “bu mükafat bütün siyasi məhbuslara verilir. Təəssüf ki, onların hamısının adını burada qeyd etmək mümkün deyil”.
Xatırladaq ki, mükafatın təqdimetmə mərasimi noyabrın 13-də Osloda Bristol otelində keçiriləcək.
Qeyd edək ki, adına mükafat təyin olunan Andrey Saxarov SSRİ dövrünün hüquq müdafiəçisi kimi tanınır. Bəzi mənbələr Saxarovun Qərb kəşfiyyatı tərəfindən ələ alındığını və SSRİ-yə qarşı fəaliyyət apardığını bildirir. Ən pisi odur ki, Saxarov arvadı Yelena Bonnerin erməni olması səbəbi ilə ermənilərin müdafiəçisi kimi də tanınırdı.
Leyla Yunus və başqalarının Andrey Saxarov adına mükafata layiq görülməsi və Azərbaycanda bu informasiyadan böyük təbliğat ruporu kimi istifadə edilməsi təəccüblə qarşılanmaya bilməz. Məsələ burasındadır ki, Yunusların adı hallanan istənilən məkandan, istənilən proyektdən erməni izi çıxır. Elə SSRİ dövrünün məşhur hüquq müdafiəçisi kimi təqdim olunan Andrey Saxarov adı da istisna deyil…
Leyla Yunusa təqdim edilməsi gözlənilən mükafatın sahibi Andrey Saxarov özü kim olub?
SSRİ hakimiyyəti zamanı ABŞ kəşfiyyatının ələ aldığı Saxarov Sosialist Əməyi Qəhrəmanı adından və Lenin Dövlət Mükafatından qəflətən imtina etdi. Özünü SSRİ məkanında dissident, hüquq müdafiəçisi kimi təsdiq etdirməyə çalışan bu şəxs qısa bir zamanda ermənilərin də fəal müdafiəçisinə çevrildi.
Məsələ burasındadır ki, Qərb kəşfiyyatının agenti olan Saxarovun arvadı erməni idi və Yelena Bonner adlı qadın akademiki ermənilərin fəal müdafiəçisinə çevirə bilmişdi.
Saxarov əsasən ermənilərin “hüquq müdafiəçisi” qismində Dağlıq Qarabağ problemi ortaya çıxarkən “parladı”. Azərbaycanlılar 1988-89-cu illərdə Saxarovun SSRİ Ali Sovetində Ermənistanı dəstəkləyən çıxışlarını yaxşı xatırlayır. Saxarovun Sumqayıt hadisələri zamanı öz qrupu ilə Bakıya gələrək azadlıq mücadiləsinə qalxan Azərbaycan xalqı ilə təzyiq dili ilə danışmaq cəhdi də yaddan çıxmayıb.
1989-cu ilin 20 martında Andrey Saxarov SSRİ KR MK-nın baş katibi Mixail Qorbaçova yazdığı məktubunda Qarabağla bağlı öz mövqeyini belə açıqlayıb:
“Təxminən martın 20-də mən Qorbaçova açıq məktub yazdım. Məktubda qeyd etdim ki, o , Dağlıq Qarabağ problemi ilə bağlı öz mövqeyini açıqlasın. O, Dağlıq Qarabağda yaşayan ermənilərin DQMV-nin Ermənistana birləşməklə bağlı tələbini müdafiə etsin. Dağlıq Qarabağın idarəçiliyi Azərbaycandan alınsın…”
Bütün bu yazılanlar sadəcə söz yığını deyil, sənədlərlə sübut olunan faktlardır…
Leyla Yunusu müdafiə edən mətbuat vasitələrində isə erməni yanlısı Saxarov az qala dünyanın ən böyük dissidenti kimi təqdim edilir. Axı Saxarovun Azərbaycana, Dağlıq Qarabağ probleminə baxışını sərgilədiyi tarix çox da keçmişdə deyil.
Hansısa azərbaycanlının ermənilərin aktiv tərəfdarı olan bir şəxsin adını daşıyan mükafatı alması milli və mənəvi aspektdən nə dərəcədə doğrudur?
Milli Azadlıq Hərəkatının tanınmış üzvlərindən, Canımız Azərbaycan Partiyasının (CANP) sədri Ramiz Tağıyev qəzetimizə açıqlamasında bildirdi ki, həbsdə olan bəzi hüquq müdafiəçilərinə Saxarov mükafatının verilməsi ilə bağlı xəbər onu ciddi narahat edib”:Biz hərəkatın önündə olmuşuq. Həmin hadisələr dəqiqliyilə yadımdadır. Unudanlar üçün yaddaşları təzələyə bilərəm. Saxarov Azərbaycanın bir nömrəli düşməni olub. Bununla yanaşı, hazırda Qarabağın ermənilərin əlinə keçməsində onun və həyat yoldaşı Yelena Bonnerin misilsiz xidmətləri olub.
Belə bir adamın adını daşıyan mükafatı qəbul etmək öz tarixinə, faciəsinə, milli kimliyinə edilən hörmətsizlikdir. Bu o anlama gəlir ki, mükafatı qəbul edənlər Saxarov ideyalarını dəstəkləyir. Qısa da olsa Saxarovun hansı əqidəyə qulluq etdiyi barədə məlumat verdim. Bu məsələdə erməni diasporunun əlinin olmasını istisna etmirəm. Çünki onların marağında olmasaydı, Saxarov mükafatı bizim QHT rəhbərlərinə heç vaxt təqdim olunmazdı”.

Məhəmmədəli

LEAVE A REPLY