“Qara Tofiq” Müsavatdan istefa verdi
“Mən daha Müsavat partiyasının üzvü deyiləm”. Bunu Müsavat partiyasının divan üzvü, Müsavatın Tovuz rayon təşkilatının üzvü Tofiq (Qara Tofiq) Hüseynli bildirib.
Müsavat partiyasının Tovuz rayon təşkilatının keçirdiyi iclasda iştirak edən Qara Tofiq deyib ki, həyatının ən gözəl anlarını sərf etdiyi bir partiyanın daha üzvü deyil.
“Artıq istefa verdim. Nə etmək olar, bu da bir qismətdir. Belə yazılıbmış”, – deyə “Qara Tofiq” vurğulayıb.